adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Atatürkǝ Yadın Verdiyi Dǝyǝr - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
380 | 2022-12-02 20:10

Çıkar oyunbazlar ikbal katına

Tǝpǝlǝr dağları alır altına

Dostluk sürücüsü vǝfa atına

Bindiyi noktana bin yıl uzakta

Abdurrahim Karakoç

 

Bǝzi tarixi hǝqiqǝtlǝri öyrǝndikdǝ insanın başında tüklǝri biz-biz olur. Əbdülǝziz Osmanlı sultanı olduğu zaman Britaniya kraliçası Viktoriya (Victoria) İstanbulda tikilǝn bir kilsǝnin açılışı münasibǝtilǝ ona bir avtomobil bağışlayır. O vaxtlar İstanbulda maşın, motor naminǝ heç nǝ yoxmuş. Osmanlı sarayında işlǝyǝn birinǝ dǝ avtomobili sürmǝsi öyrǝdirlǝr. Ancaq İstanbul xalqı mǝhǝrrik, maşın nǝdir bilmǝdiyinǝ görǝ onu hǝr kim görsǝ dabanına tüpürürmüş. Mǝdrǝsǝdǝ işlǝyǝn müǝllimlǝr vǝ şagirdlǝr yazıq maşına “zatül hǝrǝkǝ”, yǝni öz-özünǝ hǝrǝkǝt edǝn adını qoyub onun şeytan işi olduğu barǝdǝ hökm vermişlǝr. Padşah Əbdülǝziz dövrün şeyxülislamı hacı Mǝhǝmmǝd Rǝfiqdǝn maşınla bağlı bir fitva istǝyir ki, camaat onun şeytan işi olmadığını qǝbul etsin. Şeyxülislam günlǝrlǝ, hǝftǝlǝrlǝ yuxusuz qalıb gecǝli-gündüzlü Quranın ayǝlǝri içindǝ maşınla bağlı bir söz axtarır ki, fitva vǝrsin, ancaq tapa bilmǝyir. Şeyxülislama görǝ Quranda onunla bağlı hǝr hansı ayǝ yoxdursa demǝli o şeytan işidir vǝ o maşının şeytan işi olduğu haqda fitva yazır, sultan Əbdülǝzizin göstǝrişi ilǝ avtomobili xǝlicin sahilinǝ aparıb dǝnizin mavi sularına qǝrq edirlǝr. Bu hadisǝdǝn qırx il ötǝnǝ kimi İstanbul sǝmaları avtomobil sǝsini eşitmir. Şǝhǝrdǝ yaşayan xüsusilǝ varlı yǝhudilǝr avtomobil alıb gǝtirirlǝr. İndiki nǝsillǝrǝ “elmǝ vǝ fǝnnǝ önǝm verǝn padşah”, kimi insanların “ulu sultan”, kimilerinin de “kızıl sultan” dediyi II Əbdülhǝmid “Yollar xarab olar, qǝza baş verǝr” deyǝ avtomobildǝn istifadǝyǝ icazǝ vermǝyir. Allah bilir bǝlkǝ dǝ şeyxülislam hacı Mǝhǝmmǝd Rǝfiqin fitvasından qorxmuşdur!

Türkiyǝ Cümhuriyyǝtinin banisi Atatürk “Yurtda sülh, cahanda sülh” prinsipini qǝbul etmiş bir dövlǝt xadimi idi. Onun yeganǝ mǝqsǝdi Türkiyǝnin qonşuları ilǝ dinclik şǝraitindǝ yaşaması idi vǝ bu siyasǝtini Anadoluya işğalçı kimi gǝlib, eyni ilǝ ermǝnilǝrin doxsanıncı illǝrdǝ etdiyi kimi bǝşǝrǝ yaraşmayacaq hǝr cürǝ hǝrǝkǝti etmiş yunan ordusunu qovduqdan sonra onlarla dostluğu tǝsis edǝrǝk türk tarixinin unudulmaz dahi rǝhbǝrlǝrindǝn biri olmuşdur.

Britaniya o çağın aparıcı ölkǝlǝrindǝn biri vǝ yunanlıları işğalçı kimi Anadoluya yollayan bir dövlǝt olmasına baxmayaraq Atatürk Britaniya kralı VIII Eduardı (Edward) 1936-cı ildǝ Türkiyǝyǝ dǝvǝt edir, onu layiqli şǝkildǝ qarşılayır vǝ yola salır. Kral Londona qayıtdıqdan sonra kraliyyat sarayında filosoflara, alimlǝrǝ, dövlǝt adamlarına vǝ tarixçilǝrǝ ziyafǝt verir. Qonaqlıq sǝkkiz saat çǝkir. Yığışan alimlǝr vǝ ziyalılar “Bizǝ Atatürkdǝn danış” deyir, o da dili döndüyüncǝ Atatürkdǝn danışır. Növbǝ psixanaliz mǝktǝbinin yaradıcısı Ziqmund Froyda (Sigmund Frǝud) gǝldikdǝ o bunları deyir:

“Atatürkü sevmǝmǝk, hörmǝt etmǝmǝk qeyri mümkündür, çünki hansı dildǝn, dindǝn, torpaqdan olsan da onu sevmǝyǝ bilmirsǝn. O bǝşǝriyyǝtin ǝvǝzsiz sǝnǝtkarı idi”

Kral sual verir: “Sǝni bu cür fikirlǝşmǝyǝ nǝ vadar etmişdir ki, belǝ deyirsǝn?”

Froydun cavabı: Atatürk ǝsir götürdüyü komandirlǝrǝ insan kimi yanaşdı, düşmǝnlǝrinin bayrağını ayaqlamadı, hǝrçǝnd ki, yunanlılar türk bayrağını pillǝkǝnlǝrǝ sǝrib komandirlǝrinin onu ayaqlayaraq İzmirin vilayǝt binasına daxil olmuşdu, ancaq o yunan bayrağını ayaqlatmadı, ǝsir olan özgǝ xalqların ǝsgǝrlǝrinǝ hörmǝtlǝ yanaşdı. O yalnızca vǝtǝninin torpaqlarını qorudu, ölkǝsini vǝ millǝtini sevdi, onlar üçün döyüşdü. Bǝşǝriyyǝtǝ, mǝzlum millǝtlǝrǝ nümunǝ oldu. İmperializmin qarşısında sınmaz qala kimi dayandı, müasir bir dövlǝt yaratdı. Ölkǝsindǝ yaşayan insanların mǝdǝniyyǝtinǝ, inamına qadağa qoymadı. Qadınlara Avropadan öncǝ seçib-seçilmǝ hüququ tanıdı, elmǝ vǝ tǝbiǝtin qorunmasına hǝddǝn artıq hǝssasiyǝtlǝ yanaşdı. “Sǝnǝtsiz qalan bir millǝtin hǝyat damarları kǝsilmiş demǝkdir” deyǝrǝk sǝnǝtǝ xüsusi önǝm verdi, daha artıq nǝ edǝ bilǝrdi ki?!

Türkiyǝni işğala gǝlǝn yunanlıların başnaziri Venizelos 1930-cu ildǝ Nobel Mükafatı idarǝsinǝ müraciǝt edǝrǝk bunları yazmışdır:

“Qanlı mübarizler sǝbǝbilǝ uzun illǝr Türkiyǝ ilǝ düşmǝnçilik edǝn biz yunanlılar, Osmanlının yerini tutan Türkiyǝdǝ yaranan deyişikliyin tesirini ilk duyan xalqıq. Anadolu faciǝsindǝn sonra fürsǝt tapıb dostluq ǝlimizi uzatdığımızda Atatürk onu sǝmimiyyǝtlǝ qǝbul etdi. Ciddi ixtilaflarla düşmǝn olan xalqlara sǝmimi dostluq nümunǝsini göstǝrǝrǝk Yaxın Şǝrq sülhü üçün mühüm nǝticǝlǝr yaratmışdır. Sülhün borclu olduğu o şǝxs Türkiyǝnin cümhurbaşqanı Mustafa Kamal Atatürk Paşadır. Bu sǝbǝble 1930-cu ildǝ Yunan hökumǝti rǝhbǝri sifǝti ilǝ mǝn Türk Yunan Dostluq sazişini imzalayıb Yaxın Şǝrqdǝ sülhǝ sarı yeni bir çağ başlayarkǝn Mustafa Kamal Paşanı yüksǝk Nobel Sülh Mükafatına namized göstǝrmǝkdǝn şǝrǝf duyuram”.

Çağdaş Türkiyǝ Cümhuriyyǝtini yaradan Atatürkǝ yadların verdiyi dǝyǝrdǝn kiçik bir neçǝ örnǝyi dilǝ gǝtirdim. Tǝbii olaraq bugün Türkiyǝdǝ Atatürkü çox sevirlǝr!!! Hǝtta o qǝdǝr sevirlǝr ki, dünyanın ǝn mömin insanı olanlar(???) onun yaratdığı stolda şönküyüb ona lǝnǝt oxuyurlar. Atatürk vǝ silahdaşlarının yaratdığı çağdaş vǝ dünyǝvi dövlǝtdǝ yaşayıb, onun qurduğu dövlǝtdǝ post tutduqlarına, onu çox sevdiklǝrinǝ görǝ Atatürkǝ ǝyyaş deyirlǝr. Qǝribǝ burasındadır ki, bu adamlar sǝhǝrdǝn axşama kimi dünyanın ǝn xalis mömin müsǝlmanı olduqlarını zǝnn edirlǝr. Doğrudan da elǝdirmi? İslam dininin birinci özülü ǝdalǝt, ikincisi vǝfadır axı?!

Mǝn belǝ dünyanın…

 

TƏQVİM / ARXİV