Haqqa girmək... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
128 | 2025-09-20 16:09

Allah - təla hərəyə bir tikə çörək qismət eləyib. Və Ulu Yaradanın nəsib etdiyi ruzini heç kəs onun əlindən ala bilməz. Hərçənd ki, bəzi vəzifəli şəxslər o çörəyi insanların əlindən almağa çalışıblar, amma buna gücləri çatmayıb və bundan sonra da gücləri çatmayacaq! İndi keçək əsas mətləbə.

Artıq bir neçə həftədir ki, Hava limanında hər taksi şirkətinə sərnişin daşımağa icazə verilmir. Niyə verilmir? Biraz səbrli olun hər şeyi incəliyinə kimi izah edək. Kimlərinsə havadarlıği hesabına yalınız bir taksi şirkətinə razılıq verilib.Həmin taksilər isə " London taksiləri" adlanır. Guya bu taksilərdə xidmət çox yüksək səviyyədədir. Məgər başqa taksi şirkətlərində xidmətin səviyyəsi aşağıdır? Bax, bunu heç kim dəqiq deyə bilməz.

Bilinən odur ki, hər yerdə olduğu kimi, taksi şirkətləri sahəsində monopoliyaya mövcuddur. Məhz bu, monopoliyanın nəticəsidir ki, yeni taksi xidməti başlayandan Hava limanından şəhərin ən yaxın yerinə 20 manat aparır, mərkəzə və bir qədər kənar yerlərə  isə 30- 35 manatdır! Xidmət də əvvəlkindən heç nə ilə fərqlənmir. Hansı ki, əvvələr Hava limanından "Koroğlu" metrosuna  başqa taksilər 7- 8 manata  aparırdı. Təbii ki, bu da o taksilərdən istifadə edənlərə sərf edirdi. İndi isə o biri taksiləri həmin yerə buraxmırlar.

Heç onlara Hava Limanına girməyə belə qoymurlar və deyirlər ki, sizin icazəniz yoxdu. Hava Limanından gələn sərnişinlər bahalıqdan şikayət edirlər. İstanbuldan qayıdan Həmid Abbasov deyir ki, bu nə oyundur, başımıza açırlar. Dünyanın heç bir yerində belə bir şey yoxdu. Kimin ürəyi necə istəyir o taksi şirkətindən istifadə eləyir? İndi mən onların acığına burdan gedib ,qabaqda başqa taksiyə minəcəm.Bunalar məndən 20 manat istəyir, amma bura buraxılmayan taksilər bizi 7 manata  aparir. Görün, nə qədər qiymət fərqi var.  

İnsanların haqqına gırmək böyük günahdır. Amma " London taksilər" inin məxsus olduğu şirkət digərlərinin haqqına girib böyük günah edir.Bizim ölkəmiz.demokratik, hüquqi və sivil  dövlətdir. Bir şirkətin isə digərlərınin haqlarının mənimsəməsi birmənalı  olaraq qanun pozuntusudur. Bəs bu qanun pozuntusunun qarşısını kim almalıdır!.Təbii ki, aidiyyəti qurumlar! Onlar da hələ ki, susurlar və elə bilirlər ki, susmaq həmişə qızıldı!!!

TƏQVİM / ARXİV