
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharinəsinin dayandırılması ilə bağlı fəaliyyətə başlamasından sonra, demək olar ki, bir müddətdir sakitcə qınına çəkilən Fransa prezidenti Emmanuel Makron yenidən siyasəy meydanına qaıdaraq bəyan edib ki, Ukraynanın təhlükəsizliyinə təminat verilməsi ilə bağlı işlər tamamlanıb.
"Bu gün müdafə nazirləri səviyyəsində konfidensial səviyyədə hazırlanan sənədlərin təsdiq olunması mənə imkan verir bəyan edim ki, hazırlıq işləri başa çatıb"-deyə Fransa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Volodimir Zelenskiylə görüşdən sonra keçirilən mətbuat konfransında bilirib.
Fransa prezidenti qeyd edib ki, Avropa Ukraynanın təhlükəkizliyinin qorunmasnı öhtəliyini üzərinə götürüb.
Lakin, ruslar demiş, burda bir "no" da var. Beləki, Avropa dövlətləri Ukraynanın təhlükəsizliyinə təminatı, yalnız tərəflər arasında sülh müqaviləsi bağlandıqdan sonra həyata keçirməyi öhtəsinə götürəcək. Yəni...
Yəni, hələ ki, Rusiya və Ukrayna arasında müharibə daha kəskin şəkildə davam edir, tərəflər nəinki sülh bağlamağa, heç olmssa atəşin dayandırılması ilə bağlı da razılığa gələ bilmirlər. Bu gedişlə yaxın illərdə də belə bir razılığa gələ biləcəkləri inandırlcı görünmür.
Dünyaya sülh gətirmək, müharibə və münaqişələri dayandırmaq niyyətində olan ABŞ prezidenti Donald Tramp, Pakistanla-Hindistan arasında, Ermənistsnla Azərbaycan arasında qidməndə olsa sülhə nail olmağı bacarsada, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı tələb etdiyi ağır şərtlər qarşısında hələ heç olmssa tərəflər arasında atəşin dayandırllmasına belə nail ola blmir.
Avropa bir tərəfdən ciddi-cəhdlə özünü müharibənin dayandırılmasının tərəfdaşı kimi göstərir, digər tərəfdən isə, Putinin hikkəli və təhdidedici bəyənatlarından sonra ciddi şəkildə təşvişə düşüb və ona görə də, öz təhlükəsizliyini təmin etmək üçün müharibənin uzanmasını istəyirlər.
Beləliklə, görünən odur ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynanın təhlükəsizliyinə təminat verməsi ilə bağlı bəyənatı, Rusiyanın (Putinin. R.H.) "yuxulamasına", Avropanın isə, Rusiya ilə gözlənilən müharibəyə hazırlaşmaq üçün, ən azı 2030-cu ilədək vaxt qazanılmasına hesablanmış boş kağız parçasından başqa bir şey deyil...