adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Heyf səndən, Kamil müəllim! - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1255 | 2023-12-17 17:02

Kamil Vəli Nərimanoğlu BDU- nun ən savadlı, ən istedadlı ,ən səmimi müəllimlərindən idi.

Elmlər doktoru, professordu. Azərbaycan dilinin qrammatikası üzrə ən yaxşı mütəxəssis kimi tanınmışdı. Bizim jurnalistika fakültəsındə də dərs deyirdı, amma bizə dərs demirdi. Buna baxmayaraq onu özümüzə müəllim bilirdik.

Çünki çox səmimi və tələbənin dəyərini verən ziyalı idi. Gözəl elmi məqalələr, publisist yazılar qələmə alardı, hətta o vaxtlar Azərbaycan radiosunda " Bulaq" verilişın  ssenarisini  də yazırdı.Elə şirin yazırdı ki, onun qələmə aldığı  sözlər bal kimi şırinydi.   Uzun müddətdir ki, elmi fəaliyyətini Türkiyə Universitetlərindən  birində davam etdirirdi.  

Ölümündən bir neçə  gün öncə  doğma  universitetini ziyarət edib, professor və müəllimlərlə çay süfrəsi arxasında şırin söhbətlər danışıb və ötən günləri xatırlayıblar.Həmin görüşlə bağlı türkologiya kafedrasının müdiri , professor Məhərrəm müəllim  paylaşma da edib.Allah  ona hər şeyi bəxş etdiyi kimi, gözəl ölüm də qismət eləyib. Divanda kitab oxuduğu gedə yatıb və oyanmayb.

Ramiz Rövşən demişkən " ölümün ləzzətli vaxtında ölüb" Allah, ancaq sevdiyi adamlara belə gözəl ölüm bəxş edir! Onun ölümü Azərbaycan elminə, ədəbiyyatına və insanlığa çox böyük itkidir!!!. Heyf səndən, Kamil müəllim! Yerin Cənnət olsun!

TƏQVİM / ARXİV