adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Qazi adından.... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1182 | 2023-12-26 16:25

İşğal  olunmuş torpaqlarımızın  ermənilərdən  azad edilməsində  şəhidlərimizin və qazilərimizin əvəzsiz xidmətləri var! Onlar 200 ildən  sonra yeni bir möhtəşəm tarix yazdılar.

Bunu heç kim dana bilməz. Hətta dansalar  hər şeyə tarix  şahiddir!  Və bizim hamımızın  onlara borcu  var!  Təəssüf ki, bir  çox  dələduzlar  qazilərin adından istifadə edir, müxtəlif oyunlardan çıxırlar. Bunun da üstü gec-tez  açılır. Araşdırandan sonra məlum olur ki, həmin adam heç qazi deyilmiş, nə bilim dələduzun  biriymiş. Amma elə dil- dil ötür ki, məəttəl qalırsan ki, bu kimdi?!    

Bəzi hallarda elə qazi olur ki, qanuna məhəl qoymur, dövlət və hökumət nümayəndələrinə qarşı hörmətsizlik edir.  " Mən qaziyəm"- deyib qanunsuz işi həyata keçirmək üçün  özünü yandırmaq, lezva ilə doğramaq istəyir.  Bu isə cəmiyyət tərəfindən normal qarşılanmır.

 Çünki heç kimə haqq verilmir ki, qununu tapdasın.  Ona görə də kimliyindən  asılı olmayaraq qazi adından sui istifadə   etməməli, qanunlara hörmətlə yanaşmalıdır.

 Çünki qanuna hörmət etmək hamının borcudur!!!

TƏQVİM / ARXİV