adalet.az header logo
  • Bakı -°C

""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"

68 | 2026-09-25 09:30
A- A+

Bu sözü böyük hərflə yazmaq allahı isimləşdirmək, ona bir şəxsiyyət, məkan, obyekt mənası yükləmək deməkdir. Düzdür, din bunların hamısını edir, allaha insana xas olan xüsusiyyətləri yükləyir. Bu da bütpərəstlikdən, çoxtanrıçılıqdan gələn ənənədir".

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.

O, bildirib ki, danışan, bağışlayan, mükafatlandıran, üz çevirən, lənətləyən, cəzalandıran allah fövqəlgücə sahib insandan başqa bir varlıq deyil:

"Qrammatikadakı allah bu deyil. Qrammatikadakı allah "insan" kəlməsi kimi ümumi isimdir, anlayışdır. Qrammatika allahı dinin yüklədiyi şəxsiyyət obrazından arındırır. Onu ümumi bir anlayış kimi təqdim edir. 

Siz fanatı olduğunuz üçün "allah" sözünü böyük hərflə yaza bilərsiniz, amma əmin olun ki, bu sevginiz ona şəxsiyyət yüklədiyiniz üçün məhz allahın acığına gedəcək və sizi də cəhənnəmdə mənimlə eyni qır qazanında qaynadacaq".

Vasif ƏLİHÜSEYN

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV