Xəbər verdiyimiz kimi, iyunun 10- da ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərini və nümayəndələri, işğaldan azad edimiş Ağdam şəhərinə növbəti səfəri təşkil olunub. Qonaqlar Ağdamda aparılan irimiqyaslı yenidənqurma işləri ilə tanış olublar.
"Adalet. az" saytı, səfərdə iştirak edən, Azərbaycan Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin səfərlə bağlı təsurstlarını təqdim edir:
İyunun 10-da ölkədə fəaliyyət göstərən siyasi partiyaların sədrləri və nümayəndələrinin növbəti səfəri işğaldan azad edilmiş Ağdam şəhərinə təşkil olundu. Səfər çərçivəsində biz şəhərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanış olduq.
Bu gün Ağdam tamamilə yeni bir nəfəs alır. Bir vaxtlar viran qalmış şəhərdə indi həyat qaynayır, quruculuq və inkişaf ab-havası hökm sürür. Burada dövlətimizin siyasi iradəsinin, güclü iqtisadi imkanlarının və xalqımızın əzminin bariz nümunəsini gördük.
Milli Cəbhə Partiyasının sədri kimi, hesab edirəm ki, bu səfərlər həm ictimai, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Partiyalar və hakimiyyət arasında dialoqun gücləndirilməsi, həmrəyliyin nümayişi və bu sahədə dövlət siyasətinə dəstəyin ifadə olunması baxımından belə tədbirlər əvəzsizdir.
Ağdamda gördüklərimiz bizi bir daha əmin etdi ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma prosesi planlı, sistemli və məqsədyönlü şəkildə davam edir. Dövlətimizin Qarabağa qayıdış strategiyası uğurla reallaşır və bu yolda hər bir vətəndaşın, o cümlədən siyasi partiyaların üzərinə böyük məsuliyyət düşür.
Milli Cəbhə Partiyası olaraq biz də bu prosesi daim dəstəkləyir, Qarabağda davamlı sülhün və inkişafın təmin olunması naminə bütün səylərimizi əsirgəmirik.
Ağdamda yeni məktəblər, xəstəxana, sosial obyektlər və yaşayış binalarının tikintisi, yolların çəkilişi və digər mühüm infrastruktur layihələri bizi fərəhləndirir. Əminik ki, yaxın gələcəkdə Ağdam tam gücü ilə dirçələcək və öz tarixi simasını daha da möhtəşəm formada bərpa edəcək.
Rüstəm Hacıyev