ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

522 | 2025-07-11 17:24

ABŞ Dövlət Departamenti ABŞ prezidenti Donald Trampın agentliyin əsaslı təmiri planı çərçivəsində 1300-dən çox diplomat və məmuru işdən çıxarır. 

Adalet.az xəbər verir ki, bu barədə Associated Press (AP) Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb. 

"Nazirlik ABŞ-də çalışan 1107 dövlət qulluqçusu və 246 diplomatik xidmət əməkdaşına ixtisar bildirişləri göndərib”, - mənbə nəşrə bildirib.

Bildirilir ki, diplomatik xidmətin bütün işdən çıxarılan əməkdaşları 120 gün müddətinə inzibati məzuniyyətə göndəriləcək, bundan sonra isə onlar rəsmən işlərini itirəcəklər. Lakin onların əksəriyyəti üçün bu müddətin 60 gün olduğu qeyd edilir.

TƏQVİM / ARXİV