Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı

760 | 2025-07-11 17:48

Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

TƏQVİM / ARXİV