50 nömrəli marşrutda hərəkət edən avtobusların bir neçəsi xarab olub...

Metronun " Neftçilər" stansiyasının yaxınlığından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli marşrutda hərəkət edən avtobuslar tez - tez texniki nasazlıq üzündən sıradan çıxıb yarıyolda qalır.
Artıq bir neçə gündür ki, belə hadisələr təkrarlanır.Havalar da yavaş-yavaş daha da istiləşir. Kondisioner sistemi olmayan avtobuslarda bu yay günlərində mənzil başına getmək bir qədər də çətinləşir.
Belə isti havada həmin avtobuslardan biri iyulun 11-də saat 10: 45 dəqiqədə " Ballı " marketin yanındakı dayanacaqda, biri də digər yerdə sıradan çıxıb yarıyolda qalmışdı.Belə şəraitdə avtobuslar arasındakı interval da çoxalır. Yəni beş dəqiqədən bir dayanacağa çatmalı olan avtobus on dəqiqədən sonra gəlir. Təbii ki, bu da sərnişinlərin narahatlığına səbəb olur.Havalar isə get- gedə daha istiləşir.
Ümumiyyətlə, günəşli camaatı 50 nömrəli marşrutun fəaliyyətindən çox narazılıq edir. Və bu marşrut haqqında həm onun sahibi, həm də Yerüstü Nəqliyyat Agentliyi ciddı düşünməlidir. Belə ki, sahibkar ya fiziki və mənəvi cəhətdən köhnəlmiş avtobusları yeniləri ilə əvəz etməli, ya da bunu bacarmırsa, marşrut ondan alınıb başqa bir sahibkara verilməlidir.Çünki belə bir addım atılmasa, mövcud problemləri həll etmək mümkün deyil!
Emil Faiqoğlu