
"İşğaldan azad olunmuş ərazilərdə həm şagirdlərin, həm də təhsil müəssisələrin sayı artır".
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən "Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 20 bağça fəaliyyət göstərir, 200-ə yaxın uşaq bağçaya gedir:
"Bir çox kəndlərdə və şəhərlərdə təhsil ocaqlarının tikinti prosesi davam edir. 2026-cı ilə qədər bir çox təhsil müəssisəsi fəaliyyətə başlayacaq".