Bakı-Kürdəmir-Yevlax yolunu çəkəndə demişdilər ki, bu yol 50 il təmirsiz işləyəcək.
Dünən Yevlaxdan Bakıya gəlirəm. Yola o qədər yamaq vurublar ki, kasıb kişinin şalvarına oxşayır.
Keçmişdə bir anekdot vardı. Xruşşov deyir:
- İyirmi ilə Amerikanı keçəcəyik.
Bir nəfər də qayıdır ki:
- Yoldaş Xruşşov, çataq, amma keçməyək.
- Niyə?
- Keçsək, şalvarımızın yamağı görsənəcək.