13 May 2025 13:23
142
AVTOMABİL

YAMAQLI YOLLAR VƏ YAMAQLI ŞALVAR

Bakı-Kürdəmir-Yevlax yolunu  çəkəndə demişdilər ki, bu yol 50 il təmirsiz işləyəcək. 

Dünən Yevlaxdan Bakıya gəlirəm. Yola o qədər yamaq vurublar ki, kasıb kişinin  şalvarına oxşayır. 

Keçmişdə bir anekdot vardı. Xruşşov deyir:

- İyirmi ilə Amerikanı  keçəcəyik. 

Bir nəfər də qayıdır ki:

- Yoldaş Xruşşov, çataq, amma keçməyək.

- Niyə?

- Keçsək, şalvarımızın yamağı görsənəcək.