Ruslar Stalindən soruşurlar ki, bu necə olur ki, azərbaycanlılar, gürcülər, ermənilər bizdən yaxşı yaşayırlar?
Stalinin tapşırığı ilə böyük bir teştdə plov dəmləyirlər və üç rusu oturdur teştin qırağında, hərəsinə də bir metrlik çömçə verir, deyir yeyin. Ruslar nə qədər edir çömçəni ağızlarına apara bilmirlər, töküb üst-başlarını bulayırlar.
Sonra Stalin bir azərbaycanlı, bir gürcü, bir erməni çağırır. Onların da hərəsinə bir metrlik çömçə verir, deyir ki, bu aşı yeyin. Azərbaycanlı çömçəni götürür, aşla doldurur, üzünü erməniyə tutub deyir:
- Kirvə ye.
Erməni də çömçəni götürür, uzadır gürcüyə:
- Qatso, buyur.
Gürcü də çömçəni götürür uzadır azərbaycanlıya:
- Bico, bir bunun dadına bax.
Beləliklə, yarım saatın içində teşti boşaldırlar.
Stalin deyir gördüz, bunlar niyə yaxşı yaşayır?
İndi 35 ildir ermənilər əllərində çömçə o teştdən kənarda qalıb, təbii ki, çömçələri də boşdur, ona görə də ac-yalavacdılar.
Yenidən teştin qırağında oturmaq üçün Ter-Astvasdan onlara ağıl diləyirəm.