ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası yenə Azərbaycanı hədəf seçdi

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası 2025-ci idə növbəti dəfə ermənilərlə bağlı yığıncaq keçirəcək.
Adalet.az xəbər verir ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) gələn ay Azərbaycanda dini etiqad azadlığı ilə bağlı virtual dinləmə keçirəcək.
Bəyanatda qeyd edilir ki, Azərbaycanda dini etiqad azadlığı ilə bağlı şərait narahatlıq doğurur. Ölkənin din qanunu dini icmaların qanuni şəkildə dini fəaliyyətlə məşğul olması üçün ciddi qeydiyyat tələbləri qoyub
Bəyanatı alkoqollu, yaxud ,xəstə və qızdırmalı adamların yazdığı tam hiss edilir. Komissiya iddia edir ki, Azərbaycan hakimiyyəti erməni mədəni irsini məhv etdiyi üçün Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altında qalmaqda davam edir.
USCIRF 2025-ci il üzrə illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi müşahidə siyahısına daxil etməyi tövsiyə edib.
Qeyd edək ki, ABŞ-nin Dini Azadlıq Komissiyasının bundan əvvəlki, mart ayındakı dünyada dini azadlıqların vəziyyətinə dair dərc etdiyi növbəti illik hesabatı da qərəz və böhtanlardan ibarət olub. Hətta Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yaydı:"Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporası üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırır. Biz komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq".
Əntiqə Rəşid
Digər Xəbərlər

Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir

Müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü - FOTO

İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində - FOTOLAR + YENİLƏNİB
