“30 il əvvəl qəbul edilmiş bu Konstitusiya Azərbaycan xalqının əsrlərdir davam edən dövlətçilik ənənəsinin ən gözəl ifadəsidir. Ali Baş Komandan İlham Əliyevin qüdrətli iradəsi ilə azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı ədalətin və dirçəlişin rəmzinə çevrilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan deyib.
"44 günlük Vətən müharibəsinin sonunda əldə edilən Qarabağ qələbəsi həm də Türk dünyası üçün böyük qürur mənbəyidir. Qarabağın uzunmüddətli işğalına qarşı dik durmağı bacaran Azərbaycan haqlı mübarizəsini həm meydanda, həm də danışıqlar masasında qələbə ilə taclandıra bilib. Ermənistanla sülh prosesində əldə edilən müsbət irəliləyişləri alqışlayır, atılan addımlara görə Azərbaycanı bir daha təbrik edirik, - deyə Hasan Turan bildirib.


Bakı -°C 
























