İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU

106 | 2025-10-29 17:34

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,256 milyard manat təşkil edib.

Bu barədə Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin sentyabrın ayının 1-i ilə müqayisədə 221,7 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrünə nisbətən isə 122,6 milyon manat və ya 1,5% çoxdur.

Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 8,134 milyard manat idi.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9% çoxdur.

TƏQVİM / ARXİV