adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Müharibənin 1 addımlığında...

FƏRHAD ŞABANOV
37053 | 2013-05-18 00:28

Əvvəlcə Türkiyəyə raketlər yağdı, bombalar düşdü. Dedilərki, Suriyadakı daxili müharibə Türkiyəyə sıçradı. Heç nə olmaz əşşi, müvəqqətiçətinlikdi...

Sonra Suriya ilə sərhəd gömrük məntəqəsini partlatdılar.Məhz belə anlarda insan həyatının dəyərsizliyi qarşımıza çıxır. "Neçənəfər həyatını itirib, neçə nəfər ağır yaralanıb" suallarının cavabı veriləcəkqarşılığı müəyyən edir. Tutaq ki, 5 nəfər öldü, 10 nəfər yaralandı cavabı, elədə böyük səs-küy yaratmır. Gərək ölənlərin sayı çox olsun. İnsan həyatı yox,ölü sayı əhəmiyyət kəsb edir.

"PKK ilə müharibə bitdi artıq Türkiyə barış vəqardaşlığın ölkəsidir" cümlələri havada uçarkən yenə Suriya ilə sərhədşəhər Hatayda bomba yüklü iki maşın partladıldı. Rəsmi açıqlamalara görə 47,qeyri-rəsmi açıqlamalara görə 200-dən çox ölü var. Yaralıların sayını isəaçıqlamaya ehtiyac yoxdur.

Suriya ilə Türkiyənin tarix boyu anlaşmadığı məqamlar olub,ancaq heç vaxt belə qanlı müdaxilələr müşahidə olunmayıb. Atatürk HatayınSuriyadan alınması üçün sərhədyanı əraziyə ordu yığarkən belə məqsədi sadəcəhədə-qorxu gəlmək olub, müharibə yox. Suriya isə Pkk məsələsində Türkiyəni çoxincidib, ancaq nəticədə heç vaxt barmağını Türkiyənin gözünə soxub gözünüçıxarmayıb.

Mən bu qətliamın Suriya tərəfindən edildiyi düşüncəsindədeyiləm. Çünki nə Hafiz Əsəd, nə Bəşər Əsəd Türkiyə ilə münasibətləri ən gərginolan dövrlərdə belə müharibə variantını ağıllarına gətirməyib. Həmişə masaarxasında həll etmək düşüncəsində hərəkət ediblər. Ərəb ölkələri güclərini dahaçox İsrail ilə münaqişəyə sərf edirlər. Və Türkiyənin İsrail ilə iqtisadi vəstratejik mənafeləri nə qədər üst-üstə düşsə belə həmişə Ərəb-Yəhudimüharibəsində ərəblərin dəstəkçisi olub.

Bundan başqa Əsəd hal-hazırda üsyançılarla müharibədədir.Bütün gücünü onlarla döyüşlərə sərf edir. İkinci bir düşmən Suriyadakı rejiministəyəcəyi ən son şeydir. Hətta Əsədin Türkiyə ilə müharibə gözlənirmi sualınaverdiyi cavab da çox şey ifadə edir. O dedi ki, bizim Türkiyə xalqı ilə heç birproblemimiz yoxdur. Türkiya və Suriya xalqları arasında həmişə dostluqmünasibətləri olub. Sadəcə Akp höküməti ilə münasibətlərimiz pisdir deyə müharibəetmək hər iki tərəf üçün də ağır itkilərə səbəb ola bilər. Ərdoğana da incə birmesaj göndərdi. Arxasında Türkiyə xalqı durmayan bir hökumətin müharibəedəcəyini düşünmədiyini əlavə etdi. Çünki Türkiyə xalqı Suriya siyasətindənməmnun deyil.

Bəs Hatay qətliamının faili kimdir? Bu sualın cavabı hələtapılmayıb, ancaq elə partlayışın ilk günü Ərdoğan açıqlamasında dedi ki,Suriya bu qətliamın əvəzini qat-qat ödəyəcək. Türkiyə xarici siyasətindəkiuğursuzluğun və başıboşluğunun hesabını ödəyən günahsız Türkiyə vətəndaşlarısanki Ərdoğanın vecinə deyil. Çünki hökumət elə partlayışın ilk günündənqətliam xəbərlərinə senzura qoydu. Bölgədən xəbər yaymaq və efirdə səsləndirməkqəti qadağan edildi. Məhz hökumətin bu addımı insanı qeyri-rəsmi rəqəmlərininandırıcılığına yönəldir.

Bir də partlayışın Ərdoğanın Amerika səfərindən bir gün öncəbaş verməsi düşündürücüdür. Əgər Suriya ilə bağlı radikal bir qərar alınacaqsa- məsələn müharibə - bu qərar Obamanın razılığı ilə olmalıdı. Xarici siyasətdənə qədər səhv addımlar atılsa da Türkiyənin Amerikanın yardımı olmadan Suriyailə müharibə edəcək qədər ağılsız olduğunu düşünmürəm. Ancaq Amerikanın yardımıilə müharibə çox yaxındır. Həm Qərb dövlətləri, həm Türkiyə Suriya arzusunaçatır deyəsən...

Yazımı Türkiyə İqtisad Naziri Zəfər Çağlayanın dünənkisözləri ilə bitirirəm; "Amerika ilə münasibətimiz dostluğa yaraşmır. Çünkiaramızda platonik bir sevgi var!" Sevgisi uğrunda intihar edənlər də var,dəli olub çöllərə düşənlər də. Müharibə edən niyə olmasın ki?!

Fərhad Şabanov

[email protected]

TƏQVİM / ARXİV