Müğənni Ayan Babakişiyeva şəxsi həyatından danışıb.
Adalet.az xəbər verir ki, müğənni sevgisi üçün çox qurbanlar verdiyini etiraf edib:
“Bəzən sevmək hər zaman yanında olmaq demək deyil. Sevmək həm də vaz keçməkdir. Elə zaman olub ki, görmüşəm ki, mənim varlığım ona zərər verir. Uzaqlaşmağı seçmişəm. Ona görə uzaqlaşdım ki, yaxşını pisdən ayıra bilsin.
Amma bir məqam da var ki, mən ayrılığa qərar versəm də, qarşı tərəf asanlıqla əl çəkməyib. O da görüb ki, sevdiyim üçün uzaqlaşdım ki, ona zərər gəlməsin. Belə olan halda əlbəttə, o da daha möhkəm tutur məni”.
Əntiqə


Bakı -°C
