Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artıb
Azərbaycanın hava nəqliyyatındakı rolu artıb. Son dörd ildə ölkənin hava məkanından tranzit uçuşların sayı çoxalıb.
Adalet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Nəqliyyat və Logistika – Orta Dəhliz: Azərbaycanın Strateji Rolu və Tərəfdaşlıqları” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Bakı ilə Almaniya arasında birbaşa hava əlaqələrinin genişləndirilməsi üçün imkanların olduğunu deyən nazir müavini AZAL-ın Berlin şəhərinə uçuşlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında Bakı Limanının yaxınlığında yeni yük hava limanı tikilir: “İllik bir milyon ton yükdaşıma imkanına malik olacaq hava limanı dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının vahid logistika sistemində birləşdirilməsinə imkan verəcək”.
Digər Xəbərlər
22 Noyabr 2026 00:32
Dünyanın iqtisadi nəhəngləri: Hansı ölkələr liderdir?
20 Noyabr 2026 12:44
“Əslində isə imkanlar kifayət qədər genişdir...”
20 Noyabr 2026 10:35
“Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir”
19 Noyabr 2026 10:24
“Bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir”
18 Noyabr 2026 11:51
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq
18 Noyabr 2026 11:49
Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək
18 Noyabr 2026 11:49
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
18 Noyabr 2026 11:47


Bakı -°C

