Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova tamaşaçılara görünməyən tərəflərindən danışıb.
Adalet.az xəbər verir ki, , məişət işlərində daha aktiv olduğunu bildirib:
“Bəlkə də kənardan fərqli görünürəm. Ancaq məni tanıyanlar bilir ki, sadə insanam. Çox həssas biriyəm. Eyni zamanda məqsədyönlü və çalışqanam. Nə qədər ürəyiyumşaq adam olsam da sərt tərəflərim də var. Yalanı əsla sevmirəm, Ancaq insanlarda mənfi heç nə axtarmıram. Onların həmişə yaxşı tərəflərin görməyə can atıram. Hamını olduğu kimi qəbul edirəm.
Bilirsiniz, xoşbəxtlik insanın öz əlindədir. Xoşbəxtliyi insan özü yaradır. Bu isə bəzən çox sadəbaş verir. Məsələn, mən mətbəxdə işləməyi çox sevirəm. Demək olar ki, hazırlaya bilmədiyim xörəklər çox azdır”.
Əntiqə


Bakı -°C
