Mikayıl Cabbarov: "Coursera" platformasından 25 minə yaxın vətəndaş istifadə edib"

83 | 2025-07-11 14:53

Azərbaycanda indiyə qədər 25 minə yaxın vətəndaş "Coursera" platformasından istifadə edib.

Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, ABŞ-ın “Coursera” şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşan “4Sİ Akademiyası” layihəsi bu sahədə mühüm rol oynayır.

"Proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma faizi ötən illə müqayisədə iki dəfə artıb", - deyə nazir qeyd edib.

TƏQVİM / ARXİV