İLHAM ƏLİYEV TARİXİ SƏHVİ DÜZƏLTDİ - Aqil Abbas yazır

AQİL ABBAS
932 | 2023-12-07 12:11

30 ildən sonra  ağdərəlilərin arzusu həyata  keçdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Ağdərə  rayonunun yenidən  təsis  olunması ilə bağlı Parlamentə göndərdiyi qanun  layihəsi elə bir oxunuşda yekdilliklə  qəbul olundu. 30 il bundan  qabaq hakimiyyətdəkilərin səriştəsizliyi  ucbatından Ağdərə  rayonu ləğv olunaraq ərazisi və əhalisi üç rayon arasında pay-pürüş edilmişdi. 

Ağdərə keçmiş Dağlıq Qarabağın ərazicə  2/5 hissəsini  təşkil edirdi və bütün  terror  təşkilatlarının, Ermənistan  silahlı qüvvələrinin  qərargahları bu rayonda yerləşirdi. Ən ağır  və ciddi istehkamlar da Ağdərənin dağlarında  qurulmuşdu. Yezidlər  bu rayonun  ərazisində yerləşən Sərsəng su anbarının qabağını da kəsib 30 il  Qarabağ  camaatını  susuz qoymuşdular. Nəhayət, sentyabrda 23 saat 40 dəqiqə  çəkən antiterror  əməliyyatı  zamanı  Müzəffər Ordumuz Ağdərəni də işğaldan azad etdi. Buranın əhalisinin 40 faizini azərbaycanlılar  təşkil edirdi. Ağdərənin Vəngdən  başqa  ətraf kəndləri də Azərbaycan  kəndləri idi, əhalisi də  əsasən kolanılardan ibarət idi. 

Ağdərə  camaatı dəfələrlə dövlətin  ali orqanlarına  rayonun yenidən təsis  olunması ilə bağlı müraciətlər etsələr də, nəticəsi olmamışdı. 

Amma bu dəfə  heç bir yerə müraciət etmədilər. Prezident İlham Əliyev  tarixi  səhvi düzəltdi, bütün tarixi  səhvləri düzəltdiyi kimi. 

Ağdərəliləri təbrik edir və Ağdərəni yenidən dirçəltmək üçün onlara uğurlar  arzulayıram. 
 

TƏQVİM / ARXİV