adalet.az header logo
  • Bakı -°C
26 Sentyabr 2026 11:38
59
SİYASƏT
A- A+

Şahin Mustafayev Novakla müzakirə apardı

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.

Adalet.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.