Gözlədiyimiz gün - Fəridə Rəhimli yazır

FƏRİDƏ RƏHİMLİ
462432 | 2020-09-28 14:21

Gözün aydın, millətim! İşğal altında inləyən torpaqlarımızın azad olması yaxındadır. Həsrətlə, nisgillə keçirdiyimiz illərin sonu görünür…

Ermənistan adlı bəla I Pyotrun "parçala, hökm sür” siyasətiylə iki qardaş ölkə - Türkiyəylə Azərbaycan arasına qarayara kimi salındı. Hardan gəldikləri, kimdən törədikləri müəmma olan bu insan şəklindəki vəhşilər hər yerə özləri ilə bəla daşıyıblar. Getdikləri yerdə onların halına acıyıb, çörək, su verən əli qapmağa adət ediblər. Onlar xislətlərinə sadiq qalaraq əvvəl qapılarda qul, kölə olaraq işə başlayıb, sonradan ona yaşamaq üçün verilən yerlərin iddiasında olublar.

Yaxın tarixdə Rusiyanın köməyilə Azərbaycandan torpaqlarının hesabına öz dövlətlərini yaratmasına baxmayaraq Azərbaycanın digər bölgələrinə və qonşu Türkiyənin torpaqlarına iddiaya başlayıblar. Hər dəfə bu yolda törətdikləri vəhşiliklərdən cana doyan türk milləti tərəfindən burunları əzilsə də öz mənfur, rəzil "Böyük Ermənistan” istəklərindən əl çəkmirlər.

Onların növbəti təxribatlarından biri də bu gün, sentyabrın 27-si, səhər saat 6:00-da baş verdi.

İllərlə dünya ölkələrindən bu vəhşiliklərə ədalətli cavab, çıxış yolu gözləyərək səbr edən prezidentimiz, ordumuz artıq, qaya kölgəsinə sığınıb hürən bu itlərə həddini bildirmək qərarına gəldi.

Yetər bu qədər dözdüyümüz! Türkün səbri böyük olur, amma səbir kasası doldumu, qarşısında dayanmaq mümkün deyil, intiqamı da böyük olur!

Qədim İrəvanımızı, Zəngəzurumuzu, cənnət guşələrimizi peşkəş etdikləri və minnətdarlıq əvəzinə hey möhnət gördüyümüz düşməni yerində oturtmağın vaxtı çoxdan çatıb. Mənə qalsa, onları İrəvana qədər sıxışdırmaq və ordan da gəldikləri əzəli yerlərinə qovmaq lazımdır. Nə qədər qəddar səslənsə də, ən gözəl erməni ölü ermənidir, deyirəm.

Yenilməz ordumuz! - igid, vüqarlı əsgər, zabitlərimiz, Allahın amanında irəliləyin! Xocalının, Qaradağlının, Cəmillinin… qisasını alın! Qarabağın azad olması yolunda canını qurban verən igid oğullarımızın qanını alın! Əsirlikdə min bir əzab, işgəncəyə məruz qalan qadınlarımızın, uşaqlarımızın, yaşlılarımızın intiqamını alın! Dinc əhaliyə tutulan divanların hesabını istəyin! Qardaş Türkiyə ilə aramıza çiv kimi soxulan bu bəlanı əzərək çıxarın!

İrəli, Azərbaycan əsgəri!

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV