adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Gərginlik adası - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1252 | 2023-12-22 12:01

Yanvarın 13-də Tayvanda keçitiləcək prezident (administrasiya rəhbəri) və parlament seçkiləri dünyanın diqqət mərkəzindədir. Seçkilərin nəticələri, adanın növbəti dörd ildəki taleyini həll edə bilər. Ya, Tayvanda gərginlik davam edəcək, ya da, müvəqqəti stabil vəziyyət yaranacaq.

  Seçkilərdə iştirak edən namizədlərdən-hakim Demokratik İnkişaf Partiyasının nümayəndəsi Lay Tsinde, aparıcı müxalifət partyalarının sədrləri Xou Yui və Ke Vrnçje- Pekinlə münasibətlərin inkişafında  ehtiyatlı davranmsğa üstünlük vetirlər. 

  Hər üç  namizəd seçkiqabağı təbliğat kompaniyası  zamanı etdikləti çıxışlarda ehtiyatlı davranaraq Tavvan adasında status-kvonun saxlanmasını istədiklərini bildirirlər. Bu isə onların həm müstəqillikdən, həm də Çinlə birləşməkdən imtina etməklərinin göstəricisi anlamına gəlir. Həmçinin hər üç namizəd ABŞ və onlarla həmfikir olan ölkələrlə sıx münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildirirlər. 

  Daima müstəqilliyə çağrışlar edən  hakim partiyanın namizədi Lay Tsinde seçkidə qalib gələcəyi halda, gərginliyin artması riskini artırır. Hakim partiyanın Çindən məsafə saxlamaq istəkləri, Pekini qıcıqlandıra  bilər və hazırda ada ətrafında yaşanan gərginliyin daha da artmasına gətirib çıxara bilər.

 Pekin üçün nisbətən qəbul edilən, Çin kommunist partiyası ilə dialoq münasibətləri olan müxalif Qomildan partiyasının namizədi Xoy Yui sayıla bilər. 2008-2016-cı illərdə bu partiyanın nümayəndəsi Ma İntsizyunun Tayvanda hakimiyyətdə olduğu dövrlərdə effektiv kommunikasiya əlaqələri yaradılmışdı, normal, çoxtərəfli inkişaf istiqamətləri üzrə münasibətlər yaradılmışdı. Ona görə də, Çin tərəfi onunla daha sərfəli danışıqlar aparıla biləcəyinə ümid edir. Pekin hesab edir ki, bu halda güc tədbiq etmədən adanın sülh yolu ilə Çinə birləşdirilməsinə nail ola bilər. 

  Tayvan Xalq partiyasının namizədi Ke Vençje, digər iki namizədin mövqeləri arasında "qızıl ortalıq" variantını təklif edir.  O, Çinlə mədəniyyət, idman və iqtisadiyyat məsələləri ilə bağlı dialoqları inkişaf etdirməklə, aralarında olan gərginliyin dərəcəsinin aşağı salınmasına çalışır və eyni zamanda ABŞ və Yaponiya ilə təhlükəsizlik məsələliri ətrafında münasibətləri inkişaf etdirməyə çağırır. 

 Keçirilən sorğuların nəticələrinə görə, namizədlər arasında elə də böyük fərq görünmür. Namizədlərdən hər hansı  birinin seçkilərdə qalib gəlməsi, prinsipcə Tayvan məsələsinin sülh yolu ilə həll olunacağı demək deyil. Sadəcə olaraq, müxalif namizədlərdən birinin seçilməsi, müvəqqəti olaraq gərginliyi nisbətən yumşalda bilər. 

Pekin isə, Tayvanın Çinə birləşdirilməsini çox gözləmək niyyətində olmadığını gizlətmir. Çin lideri, noyabr ayında ABŞ prezidenti ilə görüşündə, Co Baydenə açıq şəkildə bildirib ki, yaxın vaxtlarda sülh yolu ilə Tayvanı Çinə birləşdirəcək. Bu isə Tayvan adası ətrafında onsuz da gərgin olan  ABŞ-Çin qarşıdurmasının daha da gərginləşəcəyindən xəbər verir. 

Dünya daha bir qanlı müharibənin şahidi olmağa yaxınlaşırmı? 

 

TƏQVİM / ARXİV