adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Gec evlənməyin faydaları

ŞƏFİQƏ ŞƏFA
42902 | 2014-11-20 16:02

Atalarımız "Tezevlənənlə, tez yuxudan oyanan qazanar" - deyiblər. Amma zaman rüzgarı çoxşeyə "əl gəzdirdiyi” kimi bu deyimi də tərs tərəfə əsdirib. İndi subaylar həmgec oyanır, həm də gec evlənirlər. Amma bununla belə, sözün həm həqiqi, həm dəməcazi mənasında yaxşı da qazanırlar. Görünür, ya atalar bu məsələdə səhvə yolveriblər, ya da cavanlar gələcəyin atası kimi yeni fikir formalaşdırmağameyilləniblər. Sözümü ona gətirirəm ki, ABŞ-da aparılan biraraşdırmada gec evlənənlərin, xüsusən də gec ərə gedən qadınların maliyyə baxımındandaha qazanclı olduğu məlum olub. VirginiaUniversiteti tərəfindən aparılan bir hesabatda göstərilir ki, təhsilli vəkaryerası olan qadın əgər 30-lu yaşlarda ailə qurursa, 20-li yaşlarda evlənənqadınlardan təxminən 60 % daha çox pul qazanır.

Amma son illərdə təkcə ABŞ-da yox, bütündünyada gec evlənmə bir trend halına gəlib. Xüsusilə də şəhərlərdə yaşayan kişivə qadınlar evlilikdən öncə həyat şəraitini yaxşılaşdırmağa və daha sonra ailəqurmağa meyilli olurlar ki, bu da evlilik yaşının 30-dan başlamasına gətiribçıxarır.  

Azərbaycanda isə son zamanların müşahidəsinəgörə qadınlar 27-33, kişilər isə 30-35 yaş arası evlənməyə üstünlük verirlər. 2013-cüildə ölkədə 35 və yuxarı yaşlarda rəsmi nikaha girən bəylərin sayı 12 min 186nəfər, xanımların sayı isə 6311 nəfər olub.

Bəs "atalarınməsləhətini” nəzərə almadan gec evlənməyin nə kimi xeyri ola bilər?!  Əvvəla evlənmə yaşının təxirə salınmasıboşanma nisbətlərinin aşağı olmasında əks olunur. 20-li yaşlarda evlənənlərdəboşanma nisbəti yüksək olarkən, gec evlənənlərdə bu nisbət daha aşağıdır. Necədeyərlər, gec əldə etdikləri üçün qədrini daha yaxşı bilirlər. İnsanlar gəncyaşlarına nisbətən daha kamil olurlar. Özlərini ailə qarşısında dahaməsuliyyətli hiss edirlər. Ailələrinə qarşı daha diqqətli olurlar. Eyni şey isəaşağı yaşlarda olan insanlara aid oluna bilməz. Çünki daha  gənc yaşda ailə quran oğlan və qızlar çox vaxtbu addımı valideyn təsiri altında atırlar. Yaxud da yeniyetmə yaşların çılğınməhəbbətindən ağılla düşünə bilmirlər. Sonrakı peşmançılıq isə fayda vemir, ziyanlanəticələnir: ya bu cür ailələr dağılır, ya da formal olaraq mövcud olubxoşagəlməz sosial problemlərə səbəb olurlar. 

İkincisi, gec ailə quran insanların yuxarıda göstərildiyikimi maddi gəlirləri yaxşı olur. Aşağı yaşlarda ailə quran qızlar ümumiyyətlə,valideynin verdiyi cehizdən başqa heç bir maddiyyata sahib ola bilmirlər. Eləoğlanların da toyu və sonrakı dolanışığı ata və qayınatanın boynuna düşür. Gecailə quranlar isə işləyib karyera qurur, öz dolanışıqlarını özləri təmin edirlər.Toy məsrəfləri də atanın "belini qırmır”.

Gec ailə quran insanlar seçimi özləri, xüsusən də məntiqlə etdikləriüçün nadir hallarda yanılırlar. Bu yaşda insan başqalarının (əzizləri olsa belə!)ona yaraşdırdıqları ilə deyil, özü-özünə tay olanı (bunu şəxsin özündən başqaheç kəs bilə bilməz) seçə bilir.

Gec ailə quran insanlar  gec də uşaq sahibi olduqları üçün psixoloji vəcismani olaraq cavanlaşırlar. Təsəvvür edin: biri var 38 yaşlı qadının yanında18 yaşlı oğlu ola, biri də var 5 yaşlı. Birinci qadın yaşlı olmasa da, yetkinoğlu olduğundan özünü yaşlı kimi aparmalı olur. Amma azyaşlı uşağı olan qadınisə 20-li yaşlardakı gənc analardan fərqlənmir. Həm də erkən ailə qurmuş həmcinslərindənfərqli olaraq daha baxımlı və təravətli olur.    

Uşaq məsələsinə gəlmişkən, daha bir araşdırmanı diqqətinizəçatdırmaq istərdim. Belə ki, bu günlərdə alimlər belə bir xəbər verdilər ki,yaşlı valideynlərdən dünyaya gələn uşaqlar daha sağlam olurlar. Səbəbi hələqaranlıq olsa da, əsas nəticənin yaxşı olmasıdır. Nəticə də odur ki, gec evlənənlərinuşaqları xüsusən də orta yaşlarına çatdıqda ənənəvi xəstəliklərdən (kişilərdəinfarkt, aritmiya, prostat; qadınlarda erkən menopauza və s.) "sığortalanmış”olurlar.

Belə çıxır ki, gec evlənmək elə də təhlükəli problemolmadığından müasir insanı da narahat etməməlidir. Əslində ortada birnarahatlıq var, amma bu da "səbəbkar”ın özünü yox, yaxınlarını qayğılandırır. Yəni,gec evlənənlərin narahatlığınıonların özlərindən çox, valideynləri çəkirlər.  

 

 Şəfiqə Şəfa 

 

TƏQVİM / ARXİV