adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Rusiyada "Halal otel"lər yaradılır

ŞƏFİQƏ ŞƏFA
15569 | 2015-01-16 10:37
Rusiya Federasiyasında "Halal otel"lər yaradılır. Adalet.az Rusiya mətbuatəna istinadən xəbər verir ki, üstəlik bu cür otellərin yaradılması dövlət səviyyəsində aparılır. Belə ki, Rusiyada mehmanxana və turizm biznesi sahəsində "Halal" sertifikatının verilməsi qaydalarını tənzimləyən sənəd qəbul edilib. "Mehmanxanalarda və digər bənzər məkanlarda "halal xidmət" standartı" Rusiya Müsəlmanları Ruhani İdarəsinin Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdin tərəfindən təsdiq edilib.
Beynəlxalq Standartlaşdırma və Sertifikatlaşdırma mərkəzinin direktoru Aydar Qazizov məsələylə əlaqədar bildirir ki, yeni standartlar Rusiyada turizm sahəsinin inkişafına və genişlənməsinə xidmət edəcək: "Rusiya ərazisində müsəlmanların çoxluğunu, ümumiyyətlə nüsəlman ölkələrindən Rusiyaya gələn turistləri nəzərə alaraq, "Halal" kateqoriyalı mehmanxanaların yaradılması təqdirəlayiq haldır".
Qeyd edək ki, belə tipli turizm məkanlarında xidmətlər və turistlərin yerləşdirilmə qaydaları, həmçinin qidalanması şəriətə uyğun tətbiq ediləcək. Bundan başqa, Ramazan ayında da qidalanma şərtlərinə əməl olunacaq.
Artıq Moskvada bir neçə mehmanxana "Halal" standartını tətbiq edir. Bunlar: "Metropol", "Kosmos" və "Turistlər evi"dir. Buna qədər isə Kazan şəhərində "Qolfstrim" adlı halal otel fəaliyyət göstərirdi.
Ümumiyyətlə, dünyanın bir çox ölkələrində - Çin, Sinqapur, Braziliya, İtaliya, Cənibi Afrikada da "halal otel"lər mövcuddur.

Rusiya sanksiyaları qərb
kosmonavtlarını ac qoydu

Beynəlxalq Kosmik Stansiyada çalışan Amerika və Avropa kosmonavtları ac qalmaq təhlükəsi ilə üzləşiblər.Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyaya tətbiq edilən sanksiya və ixracaat embarqolarıdır. Başqa sözlə, Qərb öz əliylə kosmonavtlarını ac qoyub. Güman ki, embarqo eyforiyası altında işin bu tərəfi nəzərə alınmamışdı.
Rusiyadan kosmik qidalar gətirən yük gəmiləri hazırda gömrük məntəqələrində saxlanılır.
Çıxılmaz vəziyyətdə qalmış Qərb isə bu tipli ixrac məhsullarını istisna etmək haqqında düşünür. Hazırda məsələylə bağlı danışıqlar gedir.

TƏQVİM / ARXİV