“Bu ocağın sönməsi üçün günahdan qorxmayan...” – FOTO

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu toy günü ilə bağlı maraqlı paylaşım edib.
Adalet.az xəbər verir ki, Namiq Qaraçuxurlu paylaşımı zamanı hətta bir vaxt ocağının sönməsinə çalışan mərdiməzarların da olduğunu bildirib:
“12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, “Toyun mübarək, xoşbəxt ol!” demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdməzarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə — bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım”.
Qeyd edək ki, Namiq Qaraçuxurlunun 2015-ci ilin oktyabrın 13-də toyu olub.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

“Ona görə hamı xəbərin dəqiq olub olmaması ilə bağlı məni axtardı”

Xalq artisti: “… susmaq istəmirəm”

"Real"ın ulduzunun qardaşı ilə evlənən xanım Vəfa Zeynalovanın qızıdır?
