"Üç oldular Bəy..." Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
146 | 2025-10-06 09:36

Çexiyada keçirilən parlament seçkilərinin nəticələrinə görə, biznesmen Andrey Babişin rəhbərlik etdiyi  "Narazı vətəndaşlar aksiyası" pariyası liderlik edir.

 Bülletenlərin hesablanmasından sonra, məlum olub ki, NVA partiyası seçicilərin 35, hazırki hakim partiya isə seçicilərin 23 faizinin səslərini qazanıblar. Beləliklə müxalifət partiyası, aşağı palatada olan 200 yerdən 80-ni qazanıb. 

  Andrey Babiş parlament seçkilərində partitasınln qələbəsindən sonra, bəyan edib ki, müharibə başa çatmayana qədər, Ukraynanın Avropa İttifaqına üzv məsələsi müzakirə oluna bilməz və  Kiyevə hərbi dəstək Çexiyanın büdcəsi hesabına deyil, yeni şərtlərlə həyata keçirilməlidir. 

 Bu bəyənatdan sonra, Babiş də, Macarıstanın baş naziri Viktor Orban və Slovakiya hökumətinin rəhbəri Robert Fiso kimi, Avropa İttifaqlna baş ağrısı ola bilər.

 Andrey Babiş daha əvvəl də, 2017-2021-ci illərdə Çexiya hökumətinə rəhbərlik edib. O vaxtlar, onun ritorikası daha çox solçuluğa tərəf olsa da, hazırda qalib partiyanın lideri, ABŞ prezidenti kimi, daha çox sağçı mövqe nümayiş etdirir. Özünü avroskeptik və Tramp tərəfdarı adlandıran Babiş, Ağ Evin rəhbəri kimi, seçkilər zamanı seçicilərinə, üzərində "Güclü Çexiya" yazılmış kepkalar paylayıb. 

 Amerikanın The New York Times qəzeti Andrey Babişi "Çexiyanın Trampı" adlandırlb və bildirib ki, narazılar pariyasının lideri Ukraynaya hərbi dəstəyi zəiflədəcək və bunu Avropa İttifaqlnına da məsləhət görəcək.

 Almaniyanın Bild nəşri, Babişin proqramını analiz edərək qərara gəlib ki, o, Rusiya-Ukrayna müharibəsinin davam etditilmədindən narazıdır və ona görə də, Ukraynaya maddi yardlm göstərilməsini azaldacaq.

 Beləliklə, daha əvvəllərdə yazdığımız kimi, Avropa səmalarında "naməlum (əslində məlum) dronların" uçuşu, bəzi Avropa dövlətlərinin canına "üşütmə" salıb. Avropa İttifaqına üzv ölkələrin yeni antirusiya sanksiyalarının qəbul edilməsinə mane olan, Macarıstanın baş naziri Viktor Orban və Slivakiyanın baş naziri Robert Fisoya daha bir dövlət rəhbərinin də qoşulacağı gözlənilir. 

 Məhşur filmimizdə deyildiyi kimi, "üç oldular bəy"...

 

  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV