adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Yaxşı yuxu istəyən, bu xəbəri oxusun

ŞƏFİQƏ ŞƏFA
54653 | 2015-05-08 01:18


İnsan sağlamlığının rəhni düzgün qidalanmaqdır. Çağdaşlarımızın əksəriyyətinin həyat tərzi yüksək əsəbiliklə, fiziki fəaliyyətsizliklə səciyyələnir. Buna görə də yüksək kalorili yeməklər orqanizmə ciddi ziyan vura bilər, maddələr mübadiləsinin pozulmasına şərait yaradar ki, onların da nəticəsində yuxusuzluq və aterosklerozun yaranmasına gətirib çıxarar.
Məlum olduğu kimi, sağlam və tam yuxu insan sağlamlığına təsir göstərən mühüm amullərdəndir. Dietoloq mütəxəssislər sübut ediblər ki, bəzi qida məhsulları yuxunun keyfiyyətinə təsir edir. Ümumiyyətlə, yatmazdan qabaq çox yemək orqanizm üçün çox zərərlidir. Çünki dolu mədə diafraqmanı sıxır, ürəyin normal işini çətinləşdirir. Bəzi qida məhsulları var ki, ümumiyyətlə, onları yatmazdan qabaq yemək olmaz. Onlar aşağıdakılardır:
1. Dondurma - müxtəlif yağlarla, kremlərlə zəngin olan dondurmalar mədəyə tez ötürülsə də, gec həzm olunur, piylənməyə səbəb olur.
2. Unlu məmulatlar - razılaşaq ki, çox diqqət çəkən qida növləridir, amma həm də mədənin düşmənidir. Mədədə ağırlıq yaradır, bu da nəticədə yuxunu pozur.
3. Qırmızı ət - çox gec həzm olunur. Hətta bir tikə ət parçası belə mədəni istirahət etmədən bütün gecəni işləməyə vadar edir.
4. Pizza - sadalananlar arasında ən ağır yemək budur. Çünki tərkibində ət, yağ, xəmir, yarımfabrikatlar - bir sözlə, mədəyə zülm verən hər şey var.
5. Şirniyyatlar - xüsusilə də şokoladlı vaflilər gecə nəinki pis yatmağa, hətta kabus görməyə səbəb olur. Mütəxəssislər hələ bunun dəqiq səbəbini bilməsələr də, bu şirin damaq həzzi, yatarkən "zəhər"lə əvəzlənir. Gecələr şirniyyat yeyən hər 10 nəfərdən 7-si kabuslardan əziyyət çəkir.
6. Sarımsaq - nə qədər faydalı nemət olsa da, gecələr yeyilərkən mədənin "evini yıxır". Mədə divarlarını yandırır, turşuluğu artırır.
Odur ki, yuxuqabağı soyuducunun qapısını açarkən, əvvəlcə mədənizi deyil, beyninizi işə salın.



TƏQVİM / ARXİV