Bakıda keçirilən Azərbaycan Qran-prisində “Formula-2” üzrə ikinci əsas yarışın qalibi mükafatlandırılıb.
Adalet.az xəbər verir ki, ikinci dərəcəli pilotların mübarizəsindən sonra podiuma çıxan pilotlara mükafatlar təqdim olunub.
“Invicta Racing” komandasının pilotu Rafael Kamara birinci yeri tutub. “Campos Racing”dən Nikola Tsolov ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü olub.
Qeyd edək ki, ötən gün “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint yarışının, “Rodin Motorsport”dan Aleks Dann isə birinci əsas yarışın qalibi olub.
Xatırladaq ki, “Formula-2” gənc pilotlar üçün nəzərdə tutulan və “Formula-1”ə keçiddən əvvəlki son mərhələ hesab edilən yarış seriyasıdır. Bütün sürücülər demək olar ki, eyni texniki imkanlara malik bolidlərdən istifadə etdikləri üçün nəticədə pilotun bacarığı və komandanın işi xüsusi rol oynayır. “Formula-2” mərhələləri “Formula-1” yarış həftəsonları çərçivəsində təşkil olunur.
2026-cı ildə Bakı mərhələsi fərqli formatı ilə seçilir. Bu, mövsümdə genişləndirilmiş proqramla keçirilən yeganə “Formula-2” mərhələsidir. Bakıda iki sıralama turu, bir sprint və iki əsas yarış nəzərdə tutulub. Adətən isə “Formula-2” həftəsonunda bir sıralama turu, bir sprint və bir əsas yarış keçirilir.
“Formula-1”də əsas yarış bu gün saat 15:00-da start götürəcək.


Bakı -°C
