Erməni iyindən necə qurtulmalı?! - AQİL ABBAS yazır

AQİL ABBAS
2379 | 2023-10-15 10:12

Əsgərlərimiz erməniləri Qarabağdan yola salandan sonra Laçın sərhəd-keçid məntəqəsində dəfələrlə yolları yuduqlarını gördüm. Həm güldüm, həm də kövrəldim. Niyə güldüm? Bizi bu xoşbəxtliyə çatdıran, Qarabağı erməni işğalından azad edən can qardaşlarımızın sadəlövhlüyünə güldüm. Qardaşlar, tonlarla deterjanlar istifadə etsəniz o yolların erməni iyini yuya bilməzsiniz. Elə bir dəhşətli, murdar iyləri var ki, nə qədər yusanız da o qoxu çəkilməz. Bizim şair Emin Piri 44 günlük Vətən Müharibəsindən qayıdanda deyirdi ki, azad elədiyimiz kəndlərdə evə girirdik, qəribə bir iy hiss edirdik. Yataqlarından da gəlirdi, mətbəxlərində də gəlirdi, hər yerdən gəlirdi. O iydən hətta yata da bilmirdik. Mən də dedim ki, Emin, o, erməni iyidir. Divarlara da hopub, yorğan-döşəyə də, tavana da, döşəməyə də, hər yerə.

Bəs niyə kövrəldim? Yadıma “Çay qırağında bitib susuz qalan ağacların sağlığına” əsərində Abdal Şakir düşürdü. Nə qədər Surenin maşınını yudurtsa da erməni iyi getmir. Və sonda yaxşı olar ki, əsəri təkrar oxuyasınız...

***

Bu da Quzanlı. Surenin erməni iyi verən «Moskviç»ini saxladı maşın yuyulan yerdə. Arvad-uşağa dedi düşün maşından. Sonra da maşın yuyan ustaya dedi:

- Ə, qaqa, bu maşını bir yaxşı-yaxşı kisələ. Özü də için möhkəm-möhkəm kisələ.

Usta maşına oturub yuma yerinə salmaq istəyəndə dedi:

- Ə, qaqa, bu maşından it iyi gəlir.

- Ə, it iyi döyül, Erməni İyidi. Ona görə yudurduram dana.

Maşın yuyan Surenin Erməni İyi verən «Moskviç»inin altından girib üstündən çıxdı, üstündən girib altından çıxdı, axırda yorulub dedi:

- Qaqa, neyniyirəm xeyri yoxdu. Bu iy nətəər maşina hopubsa çıxmır.

- Qaqa, o İy təkcə maşına yox ey, canımıza da hopuf.

Arvadı:

- Ay kişi, kim bu maşına minir, deyir Erməni İyi gəlir. Bəs, biz niyə hiss etmirik?

- Aaz, gözümüzü açannan erməniylə bir yerdə yaşamışıx, bir yerdə oturuf-durmuşux onnarın iyi bizim də canımıza hopuf, ona görə. Nə qədər yuyunurux canımızdan çıxmır.

***

- Yox, əlimdə yüngül bir işim var, onu görüm, axşam gələrəm. - dedi, hamıyla xudahafizləşib, arvad-uşağı da yığdı Surenin Erməni İyi verən maşınına.

Arvadı yolda soruşdu:

- Yaxşı, ay kişi, gəldik Quzanlıya. Harda qalacayıq? Bəlkə qayıdaq dədəmgildə qalaq.

- Az danış, mən qaynata qoltuğuna sığınan kişilərdən döyüləm. Özü də dədəngilin evi var? Dədəngilin evi qaldı Füzulidə erməniyə, Bərdədə kiminsə evində qalıllar. Özdəri bərdəlilərə yühdü, gedif yazıx bərdəlilərə biz də yük olax? Narahat olma, bu boyda Quzannıda bizə bir yer tapılmıyajax?

Təpənin yaxınlığındakı Hüseyn bulağında düşüb əl-üzlərini yudular, sonra da Şakir bakdan bir vedrə benzin çəkdi, tökdü maşının üstünə, içinə. Arvad-uşağa dedi bir kənarda durun, cibindən kibrit çıxarıb yandırdı və atdı maşının üstünə.

Arvadı bağırdı:

- Ə, naqayrırsan? Yenə çörək ağacıydı. Xaltura eləyib başımızı saxlayırdın.

- Canına azar qayırram, görmürsən? Bu iyi yalnız bu yolla təmizləməy olar. Allah kəssin ermənidən gələn çörəy ağajını.

Yaxınlıqdakı kafedəkilər və ətrafda yaşayanlar yanğını görüb hamısı töküldü Hüseyn bulağına tərəf. Gələnlərin içində Şakiri tanıyanlar da oldu.

- Boyy, Şakir! Ə, bu maşını niyə yandırırsan?

- Heş, əhd eləmişdim.

Bir az keçmiş yanğınsöndürənlər də gəldi, amma Şakir qoymadı maşını söndürsünlər:

- Ə, qoyun yansın.

Yanğınsöndürən:

- Ə, bu dövlətin malıdı, necə yəni yansın?

- Dövlət birdən-ikiyə maa maşın alıf bağışdıyıf.

Yanğınsöndürənlər də, hamı da bir kənarda dayanıb çırtaçırtla yanan maşına baxırdılar. Maşın yandı, yandı, lap sonda qapqara tüstü buraxaraq nəhayət söndü.

Şakir başına toplaşanların birinə dedi:

- Qaqa, saa qurban olum, bir o maşını iylə, gör onnan nə iyi gəlir?

- Get özün iylə də.

- Qaqa, mənim burnum tutuluf iy hiss eləmirəm.

Adam yaxınlaşdı maşına, möhkəm-möhkəm iylədi və dedi:

- His iyi, yanıq iyi gəlir.

Şakir dərindən bir ah çəkdi:

- Oxxaaay! Deyəsən, Erməni İyinnən axırda belə qurtarajıyıx.

Adamlar Şakirin bu sözündən heç nə başa düşmədi…

… Qarabağdan hələ erməni iyi gəlirdi. Bu iyi Qarabağdan yuyacaq oğlanlar hələ orta məktəbdə qız üstə dalaşırdılar, çoxu hələ doğulmamışdı, analarının qarnındakı müqəddəs zülmətdə mışıl-mışıl uyuyurdular. Bəziləri isə hələ təzəcə doğulmuşdular, analarının döşlərindən Vətən əmirdilər. Gün gələcəkdi məktəbdə qız üstə dalaşan oğlanlar heç üstündə dalaşdıqları qızları öpməmiş əsgər paltarı geyəcəkdilər, analarının müqəddəs bətnində mışıl-mışıl yatan balalar doğulacaqdı, özlərindən əvvəl doğulanlar kimi analarının döşündən Vətən əməcəkdilər, sonra da böyüyüb kişi olacaqdılar və gedəcəkdilər Qarabağdan Erməni İyini təmizləməyə. Hələ o günə çox vardı. Hələ Şakir payına düşən bircə erməni maşınını yandırıb Erməni İyindən təmizləmişdi. Hələ Suren Şakirin «Jiquli»sində İspanakertdə, Şuşada, Laçında Şakirlə yediyi qırx ilin çörəyinə tüpürən oğlunu axtarırdı…

… Şakir isə Erməni İyi gələn maşından canını qurtardığına görə xoşbəxtcəsinə arvad-uşaqlarıyla Əfətli Təpəsindəki kafedə oturub yeyib-içirdi. Özu də çappa stəkanda, Rəmişin bahalı arağından yox, girdirmə araq içirdi.

Və sabah oğlanları, Şuşaya bayraq sancacaq kişilər də təəccüblə Şakirə baxırdılar və deyəsən, Şakiri indi-indi başa düşürdülər.

TƏQVİM / ARXİV