Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki Azərbaycan icmalarının üzvləri Fəxri Xiyabanı ziyarət ediblər.
Komitədən Adalet.az-a bildirilib ki, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Komitənin sədri Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb. Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətə çatdırıb.
Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” sənədli filmindən bir hissə və “Heydər Əliyev və diaspor quruculuğu” adlı videoçarx nümayiş olunub.
Xalq rəssamı Ömər Eldarovun tələbəsi, heykəltaraş, kinorejissor Namiq Hüseynov “Heydər Əliyev: milli-mənəvi dəyərlərin hamisi” mövzusunda çıxış edib. Ulu Öndərin yalnız siyasi lider deyil, həm də xalqın mədəniyyətini, ənənələrini və dəyərlərini qorumağa və inkişaf etdirməyə çalışan bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. Heykəltaraş dahi lider Heydər Əliyevin büstünü komitəyə hədiyyə edib.
Daha sonra Komitənin gənc əməkdaşları, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri Mariya Atanasova-Hüseynova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərini qeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağını söyləyiblər.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

