"Rusiya və ABŞ prezidentləri ikitərəfli görüşə doğru irəliləyirlər"(mi)?.. -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
138 | 2025-05-09 08:08

Rusiya liderinin köməkçisi Yuri Uşakov, "Moskva, Kreml. Putin" proqramının müəllifi və aparıcısı Pavel Zarubinlə müsahibəsində bəyan edib ki, Rusiya və ABŞ prezidentləri görünür ki, tərəflər hardasa bir-birilərini məyus etsələr də,  ikitərəfli görüşə doğru yaxınlaşırlar.

 Təbii ki, Rusiya prezidentinin köməkçisi arzularını reallıq kimi qələmə vermək istəyir. Əslində, həm Vladimir Putin, həm də seçkiöncəsi yağlı vədlər verən və bu vədlərin ən azından yerinə yetirilməsinə çalışan obrazı yaratmaq istəyən Donald Trampın özü də, hətta görüş baş tutsa belə, hər hansı müsbət nəticə əldə etmək mümkün olacağına inanmırlar.

 Çünki, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensində bəyan etdiyi kimi, "Moskva Ukrayna münaqişəsinin nizamlanması üçün həddindən artıq tələblər irəli sürür".

 Kreml sahibinin əsas tələblərindən biri, işğal etdikləri və beynəlxalq hüquqa zidd olaraq, artıq "özəlləşdirdikləri" ərazilərin Rusiyanın əraziləri kimi tanınması, Ukraynanın NATO-ya üzvülükdən rəsmi imtina etməsindən ibarətdir.  Ukrayna və ukraynalılar heç bir halda belə bir rüsvayçı sülh sazişinə imza atmaz, çünki bu Ukraynanın bir dövlət kimi məhvinə səbəb olar.

 Bundan başqa, ABŞ prezidenti Donald Tramp administrasiyasının, Ukrayna münaqişəsinin nizamlsnması üçün tez-tez dəyişikliklərə məruz qalan "A","B", "C" və s. planları da, məsələnin sülh yolu ilə həlli yolunda tərəflər arasında, xüsusiylə də, Zelenski cəbhəsində çaşqınlıq yaradır. Hələ üstəlik Trampın Krımı Rusiyanpn ərazisi kimi tanımaq tələbi, təkcə Ukrayna tərəfindən deyil, həm də Avropanın aparıcı dövlətləri- Böyük Britaniya, Almaniya və Fransa tərəfinfən də kəskin etirazla qarşılanır.

 Belə olan təqdirdə, Rusiya prezidentinin köməkçisinin məsələyə optimist yanaşmasının səbəbləri, bir də təkrar edirik ki, yalnız reallaşmayan arzuları ola bilər.

 Artıq ABŞ prezidenti də, münaqişənin sülh yolu ilə həllinin çətin olacağını anlayır və ona görə də, tez-tez vasitəçilikdən əl çəkəcəyini bəyan edir. Donald Tramp, məhz bu səbəbdən "Rusiya prezidenti Vladimir Putinlnlə tezliklə görücəm"-deyə bəyan etməsinə baxmayaraq, bu görüşə qədər də can atmır. ABŞ prezidenti doğrudan da çətin dilema qarşısındadır: "Geri çəkilməklə nüfuzunu itirə bilərsən",  "İrəlidə boşluqdur, geri çəkilmək lazımdır". 

 Reallıqda isə, Ukraynada qanlı müharibə daha kəskin şəkildə davam edir. Rusiya Ukrayna ərazilərinə raket zərbələri endirir, Ukrayna isə Rusiya ərazilərinə dron hücumlarının arasını kəsmir...

 P.S. Bu arada Vatikanda kardinallar iki gün sürən müzakirələrdən sonra, nəhayət ki, Roma katolik kilsəsinə yeni Roma Papasını seçdilər. 267-ci pantifik Çikarodan olan kardinal, bu ilin aprel ayında dünyasını dəyişən Papa Fransiskin davamçısı kimi tanınan,  69 yaşlı Robert Frensis Prevostdur. O, bundan sonra XIV Lev adıyla Roma katolik kilsəsinə rəhbərlik edəcək... 

Görəsən amerikalı yeni Roma Papası XIV Levin duaları Trampa vasitəçilik missiyasını uğurla başa çatdırmaqda yardımçı ola biləcəkmi?..

TƏQVİM / ARXİV