…Bu dünyada hər bir adamın, hər bir insanın öz ömür yolu olur. Və bu ömür yolunu hərə bir cür yaşayır. Amma ağıllı, müdrik, ziyalı və savadlı adamlar həmişə tarixdə və yaddaşda elə bir iz qoyurlar ki, o iz uzun illər keçsə də, görünür və yaddan çıxmır. Yaddan çıxmayan həm də həmin şəxsiyyətlərin işıqlı, nurlu və aydın bir dünyası olmasıdır. Çünki onlar həm də dünyanın hər üzünü görüblər. Dünyanın hər üzünü görən adam elə-belə insan deyil, o, Allaha və göy üzünə daha çox yaxındı…
Belə böyük ziyalılardan biri də Bakı Dövlət Universitetinin professoru, tarix elmləri namizədi İsgəndər Quliyevdir. İsgəndər Quliyev universitetin tarixində öz ədalətli, obyektiv və vicdanlı mövqeyi ilə həmişə seçilib və haqqı nahaqqa verməyib. Xüsusən də kasıb və kimsəsiz tələbələrə qarşı bir ata münasibəti, bir qardaş sevgisi, bir insanlıq mərhəməti göstərib. O, mənim atamın ən yaxın dostlarından biri olub. İsgəndər müəllim təkcə böyük alim kimi, böyük ziyalı kimi yadda qalmayıb. O, həm də böyük bir dost kimi yoldaşlıq elədiyi, çörək kəsdiyi insanlara qarşı çox sədaqətli olub. İ.Quiyev kiminləsə haqqı-salam edibsə, kiminləsə bir stəkan çay içibsə, kiminləsə duz-çörək kəsibsə, həmişə həmin insanlara öz məhəbbətini, sevgisini və istəyini göstərib. Bizə universitetdə çox müəllimlər dərs deyib. Ancaq onların heç də hamısı yadda qalmayıb. Yadda qalan barmaqla sayılası müəllimlərimiz var və onlardan biri də professor İsgəndər Quliyevdir!
O, çox çətin, ağır bir ömür yolu keçib. Və çətin, ağır ömür yolu keçən İsgəndər müəllimin nə elə qohum-əqrəbası olub, nə də araxası! Allahdan başqa onun heç kimi olmayıb. Atasını müharibədə itirib, sonra da uzun illərin axtarışı nəticəsində onun məzarını tapıb və ziyarət edib. Öz halal zəhməti və alın təri ilə aspiranturaya qəbul olub, Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. Üstəlik də onun ölkəmizin ictimai-siyasi həyatında çox böyük xidmətləri var. Belə ki, Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edən «91»lərin arasnda İsgəndər Quliyev də olub. Ümummilli Lideri Bakıya gətirdən o ziyalılar çox çətin anlarla və təzyiqlərlə üzləşdilər. O cümlədən İsgəndər müəllimə də o vaxtkı hakimiyyət tərəfindən çox təzyiqlər oldu. Ancaq onların heç birini - İsgəndər müəllimi və «91»ləri tutduğu mövqedən uzaqlaşdıra bilmədilər. Əksinə, onlar Heydər Əliyevi ilk gündən son ana qədər müdafiə etdilər, qorudular və bu xalqa sevdirdilər.
Ziyalı sözü elə-belə ifadə deyil, yəni əsil ziyalı xalqına, milləltinə, Vətəninə təmənnasız olaraq xidmət edir. Məhz İsgəndər Quliyev də millətinə və xalqına belə təmənnasız xidmət eləyən böyük ziyalılradan biridir. Onun bu xalq, bu millət, bu dövlət qarşısında alnı həmişə açıqdır və üzü ağdır. Ən azından ona görə ki, İsgəndər müəllim həmişə haqqın, ədalətin və həqiqətin yanında olub. Daha doğrusu, o, gün işığına bənzəiyb və gün işığı kimi qaranlığı, zülməti işıqlandırıb!
Bu böyük ziyalı həm də millət vəkili olub. Başqa sözlə demiş olsaq, Astaradan milət vəkili seçilib. Və millət vəkili olanda da başqaları kimi qohum-əqrəbası barəsində deyil, ancaq camaat, el və millət haqqında düşünüb. Heç kim deyə bilməz ki, İsgəndər Quliyev millət vəkili olanda hansısa, qohumuna vəzifə verdirib, ona arxa durub və kömək göstərib. İsgəndər müəllim həmişə haqqı tapdanan, hüququ pozulan seçicilərinin yanında olub. Elə ona görə də Astara camaatı onu çox istəyib və bu gün də çox istəyir.
…O, Yeni Azərbaycan Partiyasının ən sadiq üzvlərindən biridir. Səhv eləmiriksə, həm də Ağsaqqallar Şurasının üzvüdür. İsgəndər müəllim hər cür hörmətə, hər cür sevgiyə və hər cür diqqətə layiq olan ziyalıdır. O, sözün həqiqi mənasında həm də öz elinin, obasının və çalışdığı universitetin ağsaqqallarından sayılır. Çünki bu böyük ziyalı həmişə Allahın qoyduğu yolla gedib və insanlara da həmin yolla addımlamağı həvalə edib. O, haqqı, ədaləti doğma övladına da verən adam deyil. Bilsə ki, orda oğlu, yaxud da qızı, hətta nəvəsi haqsızlıq edib elə həmin an onu cəzalandırar və haqqın yoluna dəvət eləyər…
Bayaq yazımızın əvvəlində qeyd elədik. Professor İsgəndər Quliyev dövlətə, dövlətçiliyə, Azərbaycan xalqına və Azərbaycan Prezidentinə sədaqətlə xidmət eləyən böyük ziyalılardandır. İctimai-siyasi fəaliyyətinə ölkə Prezidenti tərəfindən «Şöhrət» ordeni ilə təltif edilib. Yaxın vaxtarda isə İsgəndər Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə «Prezidentin xüsusi diplomu»na layiq görülüb. Ümumiyyətlə, İsgəndər müəllim kimi böyük ziyalılar və ictimai-siaysi xadimlər hər cür mükafata layiqdir. O, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilib. Və bu qiymətə də İsgəndər Quliyev çox böyük dəyər verib. Deyir ki, mən ömrümün sonuna qədər Heydər Əliyev və İlham Əliyev siaysi xəttinə sadiq olmuşam və sadiq də olacağam! Çünki xalqımızın və millətimizin nicat yolu bu tarixi şəxsiyyətələrin tutduğu mövqe ilə bağlıdır.
BDU-nun professoru İsgəndər Quliyevin bu yaxınlarda 85 yaşı tamam olub. O, həmişə olduğu kimi, bu gün də öz xalqına, millətinə sədaqətlə xidmət edir. Başqa sözlə demiş olsaq, İsgəndər müəllim 85 ili çox şərəflə, namusla və vicdanla yaşayıb. Nə vaxt dönüb geriyə baxsa, yaşadığı və qürur duyduğu illərin xatirəsini görəcək və bu xatirələr onu bir az da ruhlandıracaq və uca zirvəyə qaldıracaq. O zirvəyə ki, orada ancaq böyük ziyalılar, xalqını və millətini sevən insanlar qalxa bilir və orada dayanır! Biz zirvədə dayanan İsgəndər Quliyevə can sağlığı arzulayır, ona bundan sonrakı ömrünü də daha mənalı, gözəl və yaddaqalan yaşamasını arzulayırıq. İsgəndər müəllim, 85 yaşın mübarək!