adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Azadlıq küləyi - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
134594 | 2020-02-05 09:17

Artıq bir neçə gündürki, ABŞ Dövlət katibi Maykl Pompeonun bir sıra Şərqi Avropa və postsovet ölkələrinə rəsmi səfəri davam edir. Yanvarayının əvvəllərinə planlaşdırılmış, ancaq İraqdakı növbəti gərginlik ucbatındanertələnmiş bu səfərin detallarını incələyərkən məlum olur ki, superdövlətin son illər Rusiya, Çin, İran vəAvropa Birliyi ilə getdikcə gərginləşən münasibətləri bundan sonra da yüksələn xəttüzrə inkişaf edəcək. İstər Vişeqrad qrupuna aid üç Şərqi Avropa ölkəsindəki,istərsə də postsovet məkanındakı ölkələrdə keçirilən görüşlərin əsas leytmotiviməhz bundan ibarətdir.

Təbii ki, onun səfərportfelində xarici siyasətlərində xeyli fərqli çalarlar olan bu ölkələrin hərbirinə yönəlik fərqli müddəalar var. Macarstan və Slovakiyanın AB ilə, Ukraynavə Belarusun Rusiya ilə münasibətlərindəki gərginlikdən faydalanmaq, Polşanıİrana və Çinə yönəlik ənənəvi xoş davranışdan çəkindirmək, Çində uyqurlara vəetnik qazaxlara qarşı səngimək bilməyən repressiyalara görə Qazaxıstanda millətçilikovqatını körükləmək, Özbəkistandakı son siyasi gəlişmələrdən yararlanmaq və s.

Bu kombinasiyada əslsürpriz isə Belarus respublikasıdır. Məlumdur ki, SSRİ rəsmi olaraq 1991-ciilin dekabrında üç slavvyan respublikasının, bizdə dəbdə olan ifadəylə desək,bir millət üç dövlətin başçılarının imzaladığı sazişlə dağılmışdı. Həmin tarixihadisədən üç il sonra hakimiyyətə gəlmiş Aleksandr Lukaşenko bu faktlabarışmamış, parçalnmanın qəti əleyhdarı olmuş, onu tarixi xəyanətadlandırmışdı. Ötən əsrin 90-cı illərinin axırlarına doğru, yəni Yeltsininartıq xəstə olduğu, əvvəlki iradəsi və səriştəsini, bunlarla birlikdə idarəçilikvərdişlərini yavaş-yavaş itirməyə başladığı, özünə varıs axtarışları səbəbindəngündə bir baş nazir dəyişdiyi dönəmlərdə isə Belarusla Rusiyanın yenidən vahiddövlətdə birləşməsinin alovlu tərəfdarı olmuşdu. Həmin vaxtlarda o, Belarusdandaha çox Rusiyada görünür, Dövlət Dumasından tutmuş müxtəlif siyasi mərkəzlərdəki,televiziya və mətbuatdakı ardıcıl çıxışlarıyla birlik ideyasını təbliğ edirdi.Bu demarşlar Yeltsinin axtardığı varis tapılana və hakimiyyət ona ötürülənəkimi davam etmişdi.

Bundan sonra onun birləşməkyanğısı da yavaş-yavaş öləzidi və nəhayət, birdəfəlik sönüb getdi. Çünki buçıxışlar nə qədər "eyni xalq”, "qardaş millət” ritorikasına bürünsə də məqsədyaranmış boşluqdan istifadə edib Rusiyanın prezidenti olmaqdan başqa bir şeydeyildi. Artıq uzun illərdir ki, o nəinki bu ideyanı dilinə gətirmir, hətta hərfürsətdə Belarusun heç vaxt Rusiya ilə birləşməyəcəyini bəyan eləməkdənyorulmur.

Şəxsi maraqlar biryana, bu gün belə birlik üçün heç 90-cı illərdə mövcud olan siyasi zəmindən də əsər-əlamətyoxdur. Çünki vahid etnos, ortaq dil, oxşar mentalitet və s. bu kimi məhrəmistilahlar nə qədər cəlbedici olsa da, həyati maraqlarla toqquşanda insanlarikinciyə üstünlük verirlər.

Rus tarixçisi M. T. Kaçenovski Belarus sözünün mənasını Ağ Rusiya(Belaya Rossiya) deyə izah edir vəburdakı "ağ” kəlməsinin "azad” mənasını verdiyini bildirir. Çünki Batınınordusu bu diyardan yan keçib və onları əsarət altına alamayıb. Doğrudur,Kaçenovski rus tarixşünaslığında skeptik məktəbin banisi olduğu üçün onun buizahını mütləq həqiqət kimi qəbul eləməyin nə qədər doğru olduğunu söyləmək çətindir.Ancaq bir az aşağıda görəcəyik ki, bu sözlərdə müəyyən həqiqət payının olduğunuinkar eləmək mümkün deyil.

HələliksəM. Pompeonun Belarusa gətirən səbəblərin üstünə qayıdaq. Bu səfər həm də onunlaəlamətdardır ki, 2007-ci ildə rəsmi Vaşinqton tərəfindən Belarusun bəzi müəssisələrinəqoyulan sanksiyalardan sonra bu səviyyədə ABŞ rəsmisinin Minskə ilk səfəridir.İndiyə kimi davam edən həmin sanksiyalardan sonra iki ölkə arasında ciddiqarşıdurma yaranmış, səfirliklər ləğv edilmiş, bir-birlərində diplomatik təmsilçiliyimüvəqqəti işlər vəkili səviyyəsinə endirilmişdi. Elə Dövlət katibinin də Minskirəsmilərinə verdiyi ilk müjdə yaxın günlərdə səfirliklərin yenidən bərpasıylabağlı oldu.

Ammabütün bunlar nəticədir, Pompeonu bu darmacalda Belarusa səfər gəlməyə vadar edənəsas səbəb, heç şübhəsiz, son vaxtlar neftlə bağlı Putinlə Lukaşenko arasındayaranan gərginliklə bağlıdır. Ekspertlərin haqlı qənaətinə görə Lukşenko üçüniqtisadi baxımdan maraqlı olan bu səfərdəAmerikanın başlıca niyyəti siyasi dividentlər götürmək, Rusiyanı özünün ənyaxın və sadiq müttəfiqindən mümkün qədəruzaqlaşdırmaqdır. Ukrayna ilə münasibətlərin tam olaraq korlandığı bir vaxtdaBelarusun Rusiya üçün necə vacib tərəfdaş, onun qərb sərhədlərində yeganəforpost olduğunu Vaşinqtonda çox yaxşı anlayır və başa düşürlər ki, hazırkıdurumda Belarusla siyasi münasibətləri qaydaya qoymaq yalnız onun iqtisadimaraqlarına qucaq açmaqla mümkündür.Dövlət katibi də məhz bunu nəzərə alaraq ölkəsinin dünyanın ən böyükneft istehsalçısı olduğunu, ABŞ-ın bu problemi cözməyə və Belarusun neftehtiyacını yüz faiz ödəməyə hazır olduğunu bildirib.

Trampın vacib bir özəlliyi ondadır ki, o öz sələflərindənfərqli olaraq əməkdaşlıq eləmək istədiyi ölkələrdə demokratiyanın hansı vəziyyətdəolmasıyla maraqlanmadığını açıq şəkildə söyləməkdən çəkinmir. ABŞ siyasətindəkibu tendensiya Lukaşenkonun o qədər ləzzət eləyib ki, bir çox həmkarları kimi nəinkiözünün diktator olduğunu danmağa cəhd göstərməyib, hətta zarafata salaraq onu fəxrləPompeoya etiraf etməkdən də çəkinməyib: "Diktatorların üstünlüyü odur ki,istirahət günləri xalq istirahət edəndə onlar iş başında olur” .

Rusiyanınson vaxtlar Belarusa yönəlik sərt siyasəti, xüsusilə enerjidaşıyıcılarıylabağlı danışıqların dalana dirənməsininin arxasında daha çox siyasi, həm də çoxciddi siyasi səbəblərin dayandığı heç kimə sirr deyil. Bəzi müşahidəçilərinyekdil qənaətinə görə Belarus strateji partnyor kimi artıq Rusiyanı qane eləmir.Odur ki, 90-cı illərdə Lukaşenkonun oynadığı oyunu indi əks cəbhədə Putinoynamağa başlayıb, amma bir fərqlə ki, Lukaşenko birləşmək ideyasını təbliğedirdisə, Rusiya prezidenti, sadəcə olaraq, Belarusu Rusiyaya qatmaq niyyətindədir.Onun fikrincə bu cür iqtisadi təzyiqlər belarusları asanlıqla öz böyükqardaşılarının ağuşuna itələyəcək. Hərçənd, proseslərə daha çox patriotizmovqatıyla yanaşan Kreml yetkililərindən fərqli olaraq praqmatik amerikalılarbaşqa cür düşünürlər və indiki məqamda diktator Lukaşenkoyla təmaslar həm dədolayısıyla Belarus xalqına"arxanızdayıq” kimi lazımi mesajlar ötürmək vasitəsidir. Çünki bugünküBelarus cəmiyyətinin sovetlərdən təzə-təzə qopan toplumdan xeyli fərqləndiyini,sərt diktatura rejiminə rəğmən Qərblə, yəni azad dünyayla yaxın qonşuluqamilinin onların davranış streotiplərində və həyata baxışlarında kəskin dəyişiklikləryaratdığını Vaşinqtonda yaxşı anlayırlar. Açığı, Moskvanı da daha çox qorxudanməhz bu məqamdır – növbəti bir sovet respublikasını Qərbə uduzmaq məqamı.

Lukaşenkoölkədəki siyasi prosesləri tam olaraq cilovlayıb əlinə yığsa da, cəmiyyətitotal nəzarət altında saxlamağa müvəffəq olsa da, mitinqlərin, demək olar ki,kökünü kəssə də, belarusların azadlıq istəyini tam boğa bilməyib. Bu günBelarus cəmiyyəti sürətlə Avropaya inteqrasiya olunur. Rəsmi statistikaya görəölkə əhalisinin yarısı Şengen vizasına sahibdir. Təkcə 1918-ci ildə yaşlı əhalinin2 faizi AB ölkələrində oturum haqqı alıb, ondan da bir qədər çoxu müntəzəmolaraq Avropaya gedib-gəlməyə imkan verən "polyak kartı”na malikdir. Təbii ki,Rusiyanın tərkibinə daxil olanda bütün bu imkanlar əldən çıxacaq.

Bundanəlavə, artıq 30 illik müstəqillik dövründə ölkədə xeyli imtiyazlı təbəqə, müxtəlifimtiyazlara malik məmurlar ordusu yetişib ki, onları Rusiya kimi nəhəng birbataqlıqda yox olmaq təhlükəsi gözləyir. Odur ki, birləşmək ideyasına ən çox elə bu zümrəninmüqavimət göstərəcəyi də istisna edilmir.

Mühacirlərin,xüsusilə fərqli mental dəyərlərin daşıyıcıları olan mühacirlərin ölkəyəaxınından doğan təşviş, Belarus gənclərinin dünyanın hər küncündəki qaynar nöqtələrəburnunu soxan rus ordusunun sıralarında xidmət etmək istəməməsi və onlarla digərsəbəblər sadalamaq olar ki, bu gün belarusların yenidən Rusiyanın boyunduruğualtına girmək təhlükəsinə qarşı elliklə müqavimət göstərəcəklərinə şübhə yeriqalmasın. Yeganə variant onlarıkonfederasiya formuluyla şirnikləndirmək ola bilərdi ki, bu riskə də Kremlin özü getməz. Çünki bu günölkədə belə bir fürsəti gözləyən onlarla federasiya subyekti mövcuddur.

Göründüyükimi, bəzən diktatura rejimində də azad təfəkkürə malik toplumlar yetişə bilir.Bundan ötrü , heç olmasa, coğrafi baxımdan azad dünyaya yaxın olmaq lazımdırki, küləyi səni tutsun.


TƏQVİM / ARXİV