adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ATILMIŞ "VİZİT KARTLAR"

FƏRİDƏ RƏHİMLİ
54878 | 2017-07-07 14:54

Hər kəsin şəxsikeyfiyyəti onun vizit kartıdır. Yəni, insanqarşısındakı tərəfindən tanındığı qədər sevilir, dəyərləndirilir. Bir dəvar ehtiyac üzündən, hansısa işini həll etmək üçün ikiüzlülük, riyakarlıq etmək,yalançı məddahlıq, vicdansızca tərifə boğmalar, istədiyi həyata keçəndən sonraisə bütün bunları unutmaq, necə yaltaqca təriflər yağdırırdısa, eləcə dəvicdansızca arxadan danışmalara, saymazlıqlara başlamaq... Əslində bunu daha sərtsözlərlə yazmaq istərdim, çünki insan, əsasən də güclü cins hesab edilən kişilərinehtiyac üzündən masqalanmasını qəbul etmək çox çətindir. Əvvəllər "Kişikimi söz verirəm" demək möhürdən, peçatdan daha önəmli sayılırdı.

Dəyərli bir insanın "vizit kartı"nınəşriyyatın həyətinə atılmış gördüyümdə bu düşüncələr keçdi beynimdən. İnsan bəzənən etibarsız, ən güvənsiz, ən xəyanətkar bir varlığa çevrilə bilir. Və bunu nə ilə əlaqələndirirsiniz əlaqələndirin, ən birinci səbəb o insanın qanındakı, mayasındakı"qarışıqlıq"dır. El arasındabuna "zatıqırıqlıq" deyirlər.

Kart sahibininadına gözüm sataşınca əyilib götürdüm. Bu, xalqımızın kifayət qədərtanıdığı, Cəlil Məmmədquluzadə məktəbinindavamısı, maliyyə çətinliklərinə rəğmən uzun müddət şəxsi gücüylə onun ənənələrinidavam etdirərək "Kirpi" jurnalını yaşadan Əməkdar incəsənət xadimi,çoxlarına maddi-mənəvi arxa olan hörmətli Polad Qasımovun kartı idi. Kim bilir,o vizit kartı əldə etmək üçün nə sifətlərə düşməli olmuşdu indi onu lazımsızsanıb atan. Bəlkə də bir çox çörək verdiyi, sonradan nankor çıxanlardanidi. İndi isə o, yoxdu - Haqqaqovuşmuşdu və yəqin ki, onun vizitkasını atan riyakar başqa bir qapıya üztutmuşdu və yeni rəzilliklər düşünürdü.

İllər öncə hörmətbəslədiyim bir şairin Rasim Qaracaya avtoqrafla bağışladığı kitabını atılmışbir yığın kitabın arasında görüb çok məyus olmuşdum. Bu, o şairə qarşısayqısızlıq idi. Həm də qələmin ucundan tökülən duyguların içdən, qəlbdən gəldiyinianlayan biri tərəfindən atılmışdı o kitab. Yazarların, şairlərin malikolduqları ən qiymətli var-dövlət onların yazıları, kitablarıdır. Və o, qiymətlibildiklərini özləri üçün dəyərli sandıqları insanlara hədiyyə edirlər. Bu dabir bəladır ki, yazarlar elə vəziyyətə salınıblar ki, artıq kitablarınınsatışıyla deyil, kimlərəsə bağışlanması ilə rahatlıq tapırlar. Və kitablarıoxunsun, qiymət verilsin deyə, onları anlayan, ürəklərinə yaxın sandıqlarıinsanlara hədiyyə edirlər. İçindəki hisslərini, duyğularını kitaba çevir,haqsız-minnətsiz birinə hədiyyə et və o da lazımsız əşya kimi zibilliyəatsın...

Daha sonralar belə şeylərlə çox üzləşdim - nəşriyyatdayerini dəyişənlər, bağlanan qəzet-jurnalların sahibləri gedərkən bir yığınkitabları foyenin pəncərəsinə qalaqlayıb gedirlər. Hətta Əziz Musanın kitabınıaltıncı mərtəbənin pəncərələrinin birinin önündən götürdüm... Kitabıuşaqlığlmdan çörək qədər müqəddəs hesab etmişəm. Və çörəyin ayaq altınaatılması xalqımız tərəfindən qəbuledilməz olub.

Bəli, çoxinsanlar yaxşılıqları tez unudan, buqələmun həyatı yaşamağa alışaraq hər mühitəuyğunlaşmağa cəhd edən varlığa çevrilməyi zamana görə hərəkət etmək hesab edirlər.Amma günahkar zaman deyil, sadəcə zamanın hər kəsiyində belələri olub vəolacaq.

Sevdiyin, sayqıduyduğun, sənə hörməti olduğunu zənn etdiyin insanlar tərəfindən atılmaq, tərkedilmək çox ağırdı. Atılmış kitablar, vizit kartlar da elə onun sahibininatılması deməkdir.

O, atılmışkitab, vizitkart sənsən, mənəm, odur - qırılmış qəlb, alçaldılmış hisslər, xəyalqırıqlığıdı. Və bunu biz bir-birimizə yaşadırıq...


TƏQVİM / ARXİV