Deyib ki, Türkiyə Kiprin yarısını işğal edib, kömək istəyib.
Kiprdə olmuşam. Yunanların Kipr türklərinə qarşı apardıqları soyqırımının şahidi olmuşam. Bir qəbiristanlıq vardı, yaşlı bir kişi pulsuz qəbiristanlığa qulluq edir, gələnlərə də məlumat verirdi. Bir kəndin yaxınlığında olan qəbiristanlıqda yatanların hamısı həmin kəndin sakinləri idi – yandırmışdılar, işgəncə vermişdilər. Necə ermənilər Qarabağda faşistlik eləmişdi, yunanlar da Kiprdə həmin faşistliyi etmişdilər. Qəbiristanlığa qulluq edən kişinin 5 uşağını və arvadını yandırmışdılar. O da elə ölü kimi bir şey idi, oturmuşdu qəbiristanlıqda – balalarının, arvadının yanında. Dəhşətli mənzərə idi. Hələ də o insanın dərdli sifəti gözümün qabağındadı. Ağlamaqdan gözünün yaşı da qurumuşdu.
Türkiyə Kipri işğal etməyib, bu adada yaşayan türklərin təhlükəsizliyini təmin edib.
Və adanın birləşməsi üçün referendum da keçirtdilər. Kipr türkləri bir dövlətdə birləşməyə razı olsalar da, yunan tərəf referendumda onun əleyhinə səs verdi.
İndi Yunanıstanın baş naziri Miçotakis səfeh-səfeh danışır. Ona qulaq asanlar da ayaq üstə durub 3 dəqiqə onu səfeh-səfeh alqışlayır.
Yeri gəlmişkən, Kiprdə yunanların yaşadığı Ağdam boyda bir şəhər var ki, savaş zamanı yunanlar həmin şəhəri tərk edib, şəhər türklərin nəzarəti altındadı.
Türklər o şəhəri olduğu kimi saxlayıblar, nə qənimət üçün bir evə giriblər, nə də şəhərdə minlərlə maşına əl vurublar. Maşınları qalıb küçədə, evlər də dolu. Nə bir ev yandırıblar, nə də bir ev dağıdıblar. Deyiblər ki, nə vaxt barışıq olar, yunanlar gəlib öz şəhərlərinə sahib çıxarlar. Amma yunanlar türklər yaşayan hansı şəhərlərə, kəndlərə giriblərsə, ermənilər Ağdamı nə hala salıblarsa, o hala salıblar.
Bu bizim, yəni türklərin insanlığı, o da yunanların erməni kimi faşizmi.
İndi gedib Baydendən imdad diləyirsən. Bayden hələ Ukrayna xalqı ilə rus xalqını qırdırmaqla məşğuldur. Əgər burda istəyinə nail olsa, sonra Çində çinlilərlə uyğurları qırdıracaq bir-birinə. Ondan sonra növbə yunanlarla türklərə çatacaq. Allah qoymasa.