adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Anamın yaşıl paltosu - Ulucay Akif yazır

ULUCAY AKİF
19365 | 2019-05-06 10:29

Anamınyaşıl paltosu var idi. Yaşıl deyirəm, amma bu yaşıl rəng qaraya daha çoxoxşayırdı. Onu mənim qədər çox və mənim qədər yaxından görməsəydiniz, yəqin ki,elə qara olduğunu düşünərdiniz. Çox sadə, kobud, bir o qədər də şux palto idi.

Atamonu Türkiyədən anam üçün alıb gətirmişdi. Bəlkə də yaşca məndən böyük idi,çünki xatırladığım bütün qışlarda anamın əynində o palto var idi.

Həminpalto anamı daha məğrur, daha güclü, daha şux göstərirdi. Hətta hərdəndüşünürdüm ki, palto anamla yarışır, anamdan daha məğrur, daha güclü, daha şuxgörünməyə çalışır. Buna görə də içimdə ona qarşı bir əsəb, kin var idi.

Uşaqlarınəşyaları canlı kimi təsəvvür etmə xüsusiyyəti olur. Yəqin bu, sizdə də olub. Ənazından hamımız uşaqlığımızda oyuncağımız ilə söhbət etmişik. Həmin yaşıl paltoda mənim gözümdə bir canlı idi.

Atamınölümündən sonra dünya dəyişdi. Onda uşaq olsam da, bu dəyişikliyi çox yaxşıhiss edirdim. Məsələn, atamın ölümündən əvvəl anamın kədərlənməyi heç yadımadüşmür. Elə bil anam o vaxta kimi heç kədərlənməmişdi, heç ağlamamışdı. Ammatəbii ki, belə deyil. Anam atamın ölümündən əvvəl də mütləq ki, nələrəsəkədərlənmişdi. Anam atamın ölümündən əvvəl də mütləq ki, nələrəsə ağlamışdı,amma niyəsə biz heç vaxt atamın ölümünə qədər bunun fərqinə varmamışdıq. Yəqinatam sağ olsa, bunu hələ də hiss etməyəcəkdik. Çünki hər nə olsa da, biz biryerdəydik və bu xoşbəxtlik bütün ağrılara, bütün kədərlərə qalib gələ biləcəkqədər güclü idi...

Opaltonun qoxusu hələ də yadımdadır. Anamın qoxusu o paltoda daha çox hissolunurdu. Ucuz ətir ilə qarışmış qadın qoxusu. Dünyanın ən gözəl, ən kədərliqoxusu.

Atamınölümündən sonra palto da anamla bərabər qocalmağa başladı. Əşyalar qocalmır,köhnəlir, amma bu palto köhnəlmirdi, eynən bir canlı kimi qocalırdı. Dəri paltoidi. Daha doğrusu, saxta dəri. Üzərində qırışlar yaranmağa başlamışdı. Bəlkə buqırışlar atamın ölümündən əvvəl də var idi, amma mən anamın paltosundakı buqırışları yalnız atamın ölümündən sonra hiss etməyə başlamışdım. Anamınçöhrəsindəki qırışları hiss etdiyim kimi.

Paltonunüzərindəki qırışların sayı getdikcə artırdı. Hətta paltonun künclərindən qabığısoyulmağa da başlamışdı. Elə bil palto yenə anamla yarışda idi və anamdan dahatez qocalmağa çalışırdı.

Artıqpalto anamın əynində əvvəlki kimi məğrur, güclü, şux görünmürdü. Anam isə,əksinə, əvvəlkindən daha məğrur, daha güclü, daha şux idi. Hər nə qədər anamınçöhrəsində əvvəl heç vaxt görmədiyim, hiss etmədiyim kədər peyda olsa da.

Paltoyaolan bütün əsəbim, kinim sevgi və mərhəmət hissi ilə əvəz olunmuşdu. Artıq onanifrət etmirdim. Bir əşyanı bundan daha çox sevmək mümkün olmazdı, bəlkə heçinsanı da.

Hər şeyçətinləşmişdi. Mənim uşaq ağlımla hiss edəcək qədər çox çətinləşmişdi. Anamıntək dərdi bizi böyütmək idi. Bütün məğrurluğuna rəğmən, anamın simasında təlaş,həyəcan hiss olunurdu. Artıq anamın kədəri də məğrurluğuna qarışaraq simasındaözünə qırış halında yer tapmışdı, yaşıl paltosunda artan qırışlar kimi.

Atamın ölümündən illərötmüşdü. Onun süfrə arxasında boş qalan yerində uzun müddət heç birimiz oturmadıq.Yeməyimizi də biri-birimizdən gizlincə o boş yerə baxa-baxa yeyirdik. Yadımadüşür, bir dəfə çaşıb həmin yerdə oturmuşdum deyə bacılarım mənə əsəbləşmişdiki, sən niyə orada oturdun, keç öz yerində otur!

İllər sonra masamızıdəyişəndə yeni masa arxasında atamız üçün xüsusi yer ayırmadıq. Çünki həmatamız bu masa arxasında oturmamışdı, oturmayacaqdı, həm də masa arxasında boşyer görmək çox kədərli mənzərə idi. Atamın yeri isə yox olmamışdı, sadəcəyerlərimizin arasında itmişdi.

Anamın yaşıl paltosuatamın ölümündən uzun illər sonra da bizimlə oldu. Anam hər qış bu qocalmışpaltonu geyinəndə ondan özünə təzə palto almağını xahiş edirdik. Anam isə hərdəfə "gələn qış alaram" deyirdi.

Həmin palto bizim üçünartıq ailəmizin bir hissəsinə çevrilmişdi. Anam hər növbəti qışda o paltonugeyinəndə mübarizəmizin hələ davam etdiyini anlayırdıq. Bizim üçün bir növbayraq, mübarizə simvolu idi. Anamızın mübarizəsinin sübutu idi o yaşıl palto.

İllər ötdükcə bir çoxçətinlikləri geridə qoyduq. Anam istəyinə çatdı, mübarizəsi boşa getmədi,həyatı axarına sala bildik.

Uzun illər bizimlə olan oyaşıl paltonu anamın axırıncı dəfə nə vaxt geyindiyini xatırlamıram. Paltoyaaid yadımda qalan son şeylər odur ki, palto çox qocalmışdı, hər yeri qırışiçində idi və bir çox hissəsində qabığı soyulmuşdu. Əldən düşmüş qarıyabənzəyirdi. Amma bir şeyi də xatırlayıram ki, son gördüyümdə palto çox xoşbəxtidi, indiyə kimi olmadığı qədər xoşbəxt.

Keçən səfər süfrəarxasında əyləşəndə birdən o yaşıl palto yadıma düşdü və anamdan onun haradaolduğunu soruşdum. Anam isə bir qədər kədərlə cavab verdi:

- O palto çoxdan ölübdürki.

Hamımız hörmət hissi iləsusduq. Kədərlənmişdik, amma həm də məğrur idik. Anamın o köhnə yaşıl paltosukimi məğrur və güclü.

TƏQVİM / ARXİV