adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ulucay Akif: Fəhlə əllərindən başlayan məmləkətim! - FOTOREPORTAJ

ULUCAY AKİF
84245 | 2020-02-05 09:23

Internetdə"Bakı" adını yazıb axtarış verəndə qarşımıza çıxan şəkillərə baxıram.Hündür mərtəbəli binalar, "Flame Towers", "Hilton" oteli,"Qız qalası", Bulvar, Xəzər dənizi, şəhərin yanan qırmızı, yaşıl,sarı işıqları.

Amma hamımız bilirik ki, Bakı sadəcəbu 3-5 görüntüdən ibarət deyil. Onun koloritini əks etdirə biləcək daha təvazökar, daha realmənzərələri də var.

Məsələn, elə mənimyaşadığım ərazi - Bayıl!

O şəhərin mərkəzindəkidəbdəbəli hündür binaların arxasında biz yaşayırıq.

Badü-Kubə ocağı eləburadı. Bakı elə buradan Bakı olmağa başlayıb.

Bunu niyə beləəminliklə deyirəm?

Çünki bizim ən böyükmaddi sərvətimiz olan nefti ilk elə burada tapmışıq. Bibiheybətdə.



Bu neft buruqları, neft quyuları da mənə elə insanımızı xatırladır. Gecə-gündüz dayanmadan çalışan adamları.



***

Bayıl ərazisindəyaşayan adamların böyük hissəsi neftçilər, neft quyularında çalışan fəhlələrdi.Siz onları üst-başlarının toz-torpağından, qabar olmuş əllərinin mazutundan,alınlarının qırışından tanıya bilərsiniz.



O toz-torpaq buadamların bu məmləkətin insanı olduğuna dair ən böyük sənəddir.

O qabar, o qırışlarki, düşmən üçün ən böyük sərhəddir.

Bayılın "20-ci sahə” adlananərazisində bir park var idi. Pensiyaya çıxmış dayıların nərd oynadığı,nənələrin nəvələrini gəzdirdiyi balaca bir park.

Təzəlikcə təmir etdilər o parkı vəgözəl bir ad da qoydular: "Fəhlə əlləri”.

Elə Vətən də fəhlə əllərindənbaşlayır axı...



***

Burada yaşayan adamlar məmləkətimizin bütün digərzəhmətkeş adamları kimi hər səhər Günəşdən əvvəl oyanıb işinin dalıyca yollanır. Buməmləkətin zəhmətkeş adamları hər gün Günəşdən sonra qayıdır evinə.



Yorğun, amma məğrur,

yorğun, amma qürurlu,

yorğun, amma ümidli…

Və kiçik zənbilindəki çörəyi də günəşdən böyük, sap-sarı bir Günəşə bənzəyir.




***

Məhəlləmizə aid yazdığım "Gizlənqaç” şeiri yadımadüşür. Yazının bu məqamında o şeirimə yer vermək istəyirəm.

"Ucuz ətin şorbası ilə bayramkeçirən ailələr

şükr etməyi öyrətdi uşaqlara

bizim balaca məhəllənin

kiçik evlərində...

o uşaqları

nə atalar sözləri aldada bildi,

nə də qorxuda bildi kapitalizmin qəddar marşları...

və beləcə kasıb ailələrin uşaqları da

yavaş-yavaş böyüməyə başladı...

o uşaqlar ki,

küçə davalarında nə döyülənə lağ etdi,

nə də döyəni alqışladı,

kin saxlamadı ürəyində.

o uşaqlar ki,

düzəltdiyi ilk oyuncaq

taxtadan silahlar oldu.

müharibənin nəfəsini hissetdi kürəyində...

o uşaqlar ki,

"bacı”, "qardaş” sözlərinin

qan bağı ilə yaranmadığınıbildi.

dost dediklərimiz də ən azailəmiz qədər bizdəndi.

və biz

qizlənqaç oynayanda da

dostlarımızın tapa biləcəyi yerdə gizləndik”.

Hərdən mənə elə gəlir ki, bütün dünya eləbizim məhəlləmizdən ibarətdi. Bir vaxtlar sevdiyim qız, onun üçün üstünə "Sənisevirəm!” yazdığım divar. Yenə bir şeirim yadıma düşür.

"Bu səhər məhlənizdən keçəndə fikir verdim,

Boya ilə adını yazdığım divarı da

Söküblər, çox üzüldüm...

O zaman cəsarətin ən böyüyü idi bu,

Hayqırmaq məhəbbəti

Məktəbdə partalara, küçədə divarlara.

Elə bu gün öyrəndim, evlənmisən,

Bir də ki, uşağın olub - oğlan.

Mənsə elə bilirdim səni hələ ötürür

Məktəbindən evinə 17 yaşlı oğlan”...

Bu mənzərəyə baxın.

Zivələrdən asılan rəngli paltarlar.İnsanları qədər yorğun, amma ümidli görünən paltarlar. Bu məmləkətin insanlarıGünəşdən paltarlarını qurutmaq, tozlu keçmişi yuyub unutmaq üçün də istifadəedir.


Və mən hər gün bu paltarlarınaltından keçirəm ki, günüm uğurlu olsun.


Hərdənbu paltarlar mənə bayraqları xatırladır. Hər dəfə bupaltarların altından keçəndə elə bilirəm hansısa qəbilənin döyüşçüsüyəm vəqəbilə camaatı məni bayraqların altından keçirərək döyüşə yola salır - HƏYATLAVURUŞMAĞA!


Ulucay Akif

TƏQVİM / ARXİV