adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Bizi söyənlər və Məlikməmmədin nağılı - Ulucay Akif yazır

ULUCAY AKİF
48340 | 2019-09-04 15:15

Gəncoxucu Müşfiq Şükürlünün mən və bəzi qələm yoldaşlarım haqqında yazdığı fikirlərioxudum. Tam qəzəblənəcəkdim ki, yazının müəllifinin Müşfiq Şükürlü olduğunugörüb uzun bir "əşşşşiiiiiiii" elədim.

Könülistər ki, şeirlərim haqqında həqiqətən danışa biləcək adamlar danışsın, yazabiləcək adamlar yazsın.

Müşfiqhaqqında danışmayacam, çünki danışılası bir şeyi yoxdur. Amma madəm ki, o, mənimhaqqımda danışıb, dediyi fikirlərlə bağlı 1-2 cümlə də mən yazım.

Müşfiq vəonun timsalında bir çox özünü ədəbiyyat bilicisi sayan adamlar indiki müəlliflərinyazılarını, şeirlərini kompleks şəkildə oxumayıb. Bunu elə Müşfiqin analiz etməyəçalışdığı "Uzaqlara məktub" şeirimdən anlamaq olur. O şeir ki, 5 yaşıvar, 19 yaşım olanda yazılıb. Həmin şeir 2016-cı ildə dərc etdiyim ilk şeirlərkitabımda yer alıb. Bunu həmin şeirin zəif olduğunu düşündüyüm üçün yazmıram. Qətiyyən!O şeir yetərincə gözəl bir ovqat şeiridir, amma fikir verdim, Müşfiq dərinliyəenə bilmədiyi üçün elə ancaq ovqat şeirlərini analiz edərək müəllifləri tənqidetməyə çalışıb.

Müşfiqinədəbi "zövqünə” bələdəm. Onun ağız dolusu danışdığı o boyda Marsel Prustda beləən bəyəndiyi xüsusiyyət müəllifin homoseksuallığıdır. Yəni Müşfiq MarselPrustdan danışanda belə əsərlərin mahiyyətindən və bədii yükündən yox, müəllifinhomoseksuallığından danışır. Belə oxuculuq olmur, əzizim.

Bütünhallarda bizi tənqid etməyə çalışmağın belə gözəldir. Bu cəhd uğursuz olsa da,yenə cəhd edərsən. Yenə alınmayacaq, amma heç olmasa bu dəfə daha gözəlalınmasın.

Müşfiqinyazısının başlığı (adı) haqqında bir şeyi qeyd etmək istəyirəm. Bizə "Bir tabutparazit” deyirsən, amma biz tabut da belə səndən və səninkimilərdən daha canlıolarıq. Nəysə. Müşfiqi qoyaq bir kənara. Elə bu mövzulara toxunmuş ikən bir məsələdəndə danışım.

Bir dəgörürsən ki, kimsə sənin şeirlərini "tənqid" edir, sənin haqqındamənfi paylaşımlar edir. Bəs etmir, hələ orda-burda arxanca danışıb sənipisləyir.

Həmin adamıniçində sənə qarşı olan bu nifrətin səbəbini anlamağa çalışırsan, amma alınmır.Öz-özünə düşünürsən ki, yaxşı, tutalım şeirlərim pisdir. Axı heç normal adam dakiməsə zəif şeir yazır deyə nifrət edər?

Belə adamlaruzun müddət səni baltalayırlar. Tənqid etmirlər, yox, pisləyirlər. Hətta laptəhqir də edirlər.Sən isə yenə də sualına cavab tapmırsan:

- Axı heçnormal adam da kiməsə zəif şeir yazır deyə nifrət edər, söyər?

Elə bu sualacavab tapmağa çalışırsan. Bir də görürsən ki, həmin sənə nifrət edən adam artıqöz "şeirlərini" paylaşmağa başlayır: "Dostlar, bu da mənim təzəşeirimdir. Necədir?"

Yadıma birlətifə düşdü. Məlikməmməd bir kəndə gəlir. Kənd əhalisi Məlikməmmədə deyir ki,bəs kənd bulağının qabağını yeddi başlı Əjdaha kəsib. Heç kim qorxusundanbulağa yaxınlaşa bilmir.

Məlikməmmədminir atına, çapır düz həmin bulağa. Bulağa çatanda görür ki, doğrudan da bulağınqabağında çox nəhəng, yeddi başlı əjdaha yatır.

Məlikməmmədtez atından düşüb qılıncını qınından çıxarır. Yaxınlaşır Əjdahaya və başlayırəjdahanın başlarını kəsməyə.

Bir başınıkəsir, ikinci başını kəsir, üçüncü başını kəsmək istəyəndə Əjdaha oyanır vəMəlikməmmədi yavaşca itələyir, Məlikməmməd yapışır divara. Hələ yuxudan tamayılmayan Əjdaha Məlikməmmədə deyir:

- Ə,Məlikməmməd! Nağayrırsan?!

Ayağa qalxanMəlikməmməd üst-başını təmizləyir və qorxduğunu bildirmək istəməyərək cavabverir:

- Su içməkistəyirəm!

Əjdaha deyir:

- Ayə, suiçmək istəyirsən, keç rədd ol suyunu iç də! Ta başımı niyə kəsirsən?!

Hə, xülasə, şeiryazmaq istəyirsiniz, gedin şeirinizi yazın da. Ta yalandan bizim şeirlərimizinboğazından nə yapışırsınız?

"Normal adamda kiməsə zəif şeir yazır deyə nifrət edər, söyər?” sualına cavab haqqındafikirlərimi isə bir başqa yazıda yazaram.

TƏQVİM / ARXİV