adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Alçaldılmış İslam, ya da gic müsəlman!

FƏRHAD ŞABANOV
36113 | 2013-04-20 08:11

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddatəşkil olunmuş mədəniyyət festivalına Birləşmiş Ərəb Əmirliklərindən 3 oğlangəlir və festivalda stand açır. Ərəbistanın din polisləri standın yanındankeçərkən standda durub məlumat verən oğlanlar onların diqqətini çəkir.

Polislərdərhal oğlanları festival ərazisindən uzaqlaşdırırlar. Daha sonra isə həminoğlanlar ölkədən kənarlaşdırılır. Səbəb olaraq həmin oğlanların yaraşıqlıolduqları göstərilir. Üstəlik səbəbi daha da möhkəmləndirmək üçün deyirlər ki,siz çox qəşəngsiniz və bizim qadınları yoldan çıxara bilərsiniz.

Təxminən 15gün əvvəl Səudiyyə Ərəbistanında Yəmən vətəndaşı Məhəmməd Rəşid zina elədiyinəgörə əvvəlcə başını kəsdilər, sonra çarmıxa çəkib millətə nümayiş elətdirdilər.Bu cür edamhalları keçən il bu ölkədə 76 dəfə təkrarlanıb.

Edam hadisəsindən 30-40 gün əvvəl isəSəudiyyə müftilərindən olan Şeyx Əl-Arifi, Suriyalı qadınlara səslənərək fətvaverdi. 14 yaşını tamamlamış qızların Suriyalı üsyançılarla cinsi əlaqəyəgirməsini məsləhət gördü. Ona görə üsyançı kişilərin seks ehtiyacını qarşılamaqüçün Suriyalı qadınlara böyük iş düşür. Suriyalı qadınlar bir neçə saatlıqevlilik yoluyla bu kişilərlə münasibət qura bilərlər. Ona görə bu münasibətlərüsyançıların döyüş qabiliyyətini və əzmini artıracaq. Nəticədə üsyançılarzülmkar Bəşər Əsada qarşı qələbə qazanacaqlar. Müfti Şeyx Əl-Arifi həddini biraz da aşaraq üsyançılarla cinsi əlaqəyə girən qadınların cənnətə gedəcəyiniəlavə etdi.

Bu cürhallar İslam ölkələrində dəfələrlə təkrarlanır. Saymaqla bitməz. Mən xüsusiləSəudiyyə Ərəbistanını seçdim, çünki...

SəudiyyəƏrəbistanı İslamın doğulduğu ölkədir. İslam haqqında heç bir məlumatı olmayanbir insan bəlkə də İslamı öyrənmək üçün düzgün adresin elə Ərəbistan olduğunudüşünür. Ən azı müsəlman olmayan bir insan görür ki, hər il Həcc mövsümündəmilyonlarla müsəlman Ərəbistanın yolunu tutur. İslam dininə aid müqəddəslərinbir çoxunun məzarları, türbələri məhz Ərəbistandadır. Ölkəyə gələn turist görürki, küçənin ortasında başı kəsilmiş bir adamı asıblar çarmıxdan. Ya da ki,kimisə dairəyə alıb daş atırlar üstünə. Məncə həmin turist bu ölkədən elə qaçarki, bir da adını belə eşitməsin.

Nə qədərsərt səslənir səslənsin, bu "axmaqlıq" müsəlmanların taleyidir.Müsəlmanlar axmaqdır, çünki heç vaxt İslamın sevgi dini olduğunu anlamadılar.Dünyadakı sərvətlərin əksəriyyəti müsəlmanların əlindədir. İstəsələr dünyanıbarmaqlarında oynadarlar. Ancaq ən əsas sərvət olan ağıl yoxdur. Ona görə dəhəmişə başlarına vurub paylarını əllərindən alırlar. Ona görə həmişə bir-biriniqırırlar. İraqda hər gün partladılan bombalar, Əfqanıstanda əlini-ayağınıitirmiş gənclər, Pakistanda məzhəb müharibələri hamısı müsəlmanların özgünahlarıdır. Qərb nə qədər nifaq toxumları səpir səpsin, əgər sənin ağlınvarsa o toxumun üstünə su töküb yetişdirməməlisən. Onsuz da o toxumunquraqlıqdakı ömrü elə də çox olmaz.

Əzilmiş vəalçaldılmış müsəlman toplumu...

Bütün buhadisələr müsəlmanlarda bir alçaldılmışlıq duyğusu yaradır. Bu elə birkompleksdir ki, hər İslam dininə mənsub olmayan bir insanla qarşılaşdıqda özünüondan aşağıda hiss edir. Bu yazını oxuyan istənilən adam etiraz edə bilər və buproblemin ancaq ərəblərə aid olduğunu iddia edə bilər. Mən isə etiraz edənlərəqarşı bir neçə sual verəcəm...

MəhəmmədƏli müsəlman olduğu üçün heç vaxt fəxr etmədinizmi? Etdiniz... Onun rəqiblərinəendirdiyi zərbələrin rahatlığı sizi oturduğunuz divana yaymadımı? Yaydı,yayıldınız... Maykl Ceksonun müsəlman olduğu haqqında heç bir dəlil olmamasınabaxmayaraq hər bir mübahisədə onun müsəlman olduğunu iddia edərkən özünüzüaldatdığınızın belə bir an olsun fərqində olmadınızmı? Oldunuz... "Mel Qibsonmüsəlman oldu!" xəbərini oxuyub sevincinizdən hər gün sosial şəbəkələrdə oxəbəri paylaşmadınızmı? Paylaşdınız...

KristianoRonaldonun İsrailli futbolçunun formasını dəyişmək təklifini rədd edərkən bütünmüsəlman dünyası həmin videonu paylaşdı öz profillərində, siz də paylaşdınız...

Bəs bizbütün bunları edərkən, bizim bunları etməyimizə səbəb olan amil nədir? Çünkibiz bütün müsəlmanlarda olan alçaldılmışlıq kompleksini içimizdə daşıyırıq. Nəqədər inkar etsək də o bizim içimizdədir. Ona görə də Mel Qibson müsəlmanolanda xoşumuz gəlir. Çünki Mel Qibson və Maykl Cekson kimi insanlar özünüdünya miqyasında təsdiqləmiş şəxsiyyətlərdir. Biz isə heç kimik. Hz. Məhəmmədpeyğəmbərin müsəlmanlığı ilə bizim müsəlmanlığımız çox fərqlidir və bufərqlilik bizdə alçaldılmışlıq kompleksi yaradır. Ona görə biz müsəlmanlarınehtiyacı var ki, Mel Qibson müsəlman olsun. Biz kiməsə İslam dini haqqındadanışanda deyək ki, bax Maykl Cekson da müsəlman idi. Biz kimisə İslam dininədəvət edərkən deyək ki, bax Mel Qibson da İslamı qəbul etdi, sən də gəl bizdənbiri ol.

Nə qədəracınacaqlı olsa da, bu gün İslam aləmində mənim gördüyüm reallıq məhz buradaqeyd etdiklərimdir. İslamı yaşayanların - əksəriyyətin - həyat fəlsəfəsi iləİslam fəlsəfəsi arasında çox ciddi təzadlar var.

İnanmaq,iman etmək insanı boşluğa düşməyə qoymur. Çətin günlərdə, yanında heç kimolmayanda insan inandığı ilə özündə güc tapır. Dua edir, rahatlayır. İslamtoplumunu rahat görmək ümidi ilə...

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV