
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin sammitin keçiriləcəyi məkana eyni avtomobildə hərəkət ediblər.
Adalet.az xəbər verir ki, bu addım, iki lider arasında keçiriləcək danışıqlar öncəsi qarşılıqlı jest və diplomatik etimad nümunəsi kimi qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, protokol baxımından nadir hallarda tətbiq olunan bu yanaşma, görüşün ab-havasına pozitiv təsir göstərə və dialoqun konstruktiv ruhda keçməsinə zəmin yarada bilər.