CNN iki prezidentin təyyarələrini müqayisə etdi
CNN ABŞ və Rusiya prezidentlərinin istifadə etdiyi xüsusi təyyarələri müqayisə edən material dərc edib.
Adalet.az xəbər verir ki, materialda bildirilir ki, Rusiya lideri Vladimir Putin xüsusi modernləşdirilmiş və Prezident Hava Parkının əsas təyyarəsi olan İl-96-dan enib. Ondan bir qədər əvvəl ABŞ prezidenti Donald Trampın Air Force One adı ilə tanınan Boeing 747-i bazaya enib.
Hər iki təyyarə genişgövdəli və dörd mühərrikli olsa da, Rusiya istehsalı olan İl-96 texniki baxımdan daha yeni model hesab olunur.
Aviasiya mütəxəssisləri və uçuş izləyən həvəskarlar Rusiya prezidentinin təyyarəsinin Elmendorf-Richardson hərbi bazasına enişini geniş müzakirə ediblər. Bu, Rusiya liderinin təyyarəsini ABŞ hərbi bazasında görmək üçün nadir fürsət kimi qiymətləndirilib.
FlightAware məlumatına əsasən, Putinin reysi “Special Flight Detachment Rossiya 539” kimi qeydiyyata alınıb və Magadan hava limanından havaya qalxıb. Aşağıdakı marşrut üzrə uçuş təxminən dörd saat davam edib.
Jurnalistlər həmçinin iki prezident təyyarəsinin ABŞ hərbi bazasında yanaşı dayanmasının nadir və təsirli görüntü yaratdığını vurğulayıblar.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

