15 Avqust 2025 23:36
123
DÜNYA

Tramp və Putinin görüşü başladı - CANLI + YENİLƏNİB

Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü başlayıb.

Adalet.az xəbər verir ki, danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlayıblar.

Qarşılanmadan sonra Prezidentlər görüş üçün təyin olunan bazaya yollanırlar.

 

XXX

23:10

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlamaq üçün bir-birlərinə tərəf yönəliblər.

Bu barədə Adalet.az  Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

 

XXX

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyasakaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

Adalet.az xəbər verir ki, artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

XXX

23:05

Rusiya prezidenti Vladimir Putini daşıyan xüsusi təyyarə Alyaskanın Ankoric şəhərinə eniş edib. Burada Rusiya liderinin ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Adalet.az Flightradar24 xidmətinə istinadən xəbər verir ki, Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyib.

XXX

19:20

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.

Bu barədə Adalet.az Rusiya KİV-inə istinadən xəbər verir.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq.