adalet.az header logo
  • Bakı -°C

Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı

81 | 2026-11-10 11:05
A- A+

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.

Bu barədə Adalet.az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək.

"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

  • Noyabr:
  • 6

TƏQVİM / ARXİV