Artıq payızdır! Və payızın da öz gözəllikləri var! Ağaçların yarpaqları saralır, bu yarpaqlar bir- bir budaqlardan düşür və təbiətin xəzan çağı başlayır! Biz Allahın işinə qarışa bilmərik!
Çünki milyon ildir ki, belə olur,hələ milyon il də belə olacaq! Sözümüzün canı odur ki, payızda müxtəlif xəstəliklər baş qaldırır. Onu görə də hər bir insana öz sağlamılığına diqqət yetirməlidir! İlk növbədə xroniki xəstəlikləri olanlar səhhətlərini xüsusi önəm verilməlidir!
Yəni vaxtında həkimi yazdığı dərmanları qəbul eləməli, özlərini qorumalıdırlar və lazımı vaxtlarda müayinələrdən keçməlidirlər! Digər bir məsələsə ondan ibarətdir ki, müxtəlif infeksion xəstəliklər payız mövsümündə daha geniş yayılır! Belə xəstəliklərin isə qarşısını almaq mümkün deyil! Ona görə də hər bir insan sanitar - gigyenik qaydalara ciddi əməl etməli, qapalı yerlərdə müxtəlif viruslara yoluxmamaq üçün maskadan istifadə etməlidir! Bunu , biz demirik ha, bunu həkimlər deyirlər! Ona görə də həmin tövsiyələri unutmaq olmaz!
Emil FAİQOĞLU


Bakı -°C
