adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

6 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO

1078 | 2024-04-26 18:13

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən Adalet.az-a verilən məlumata görə, hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

  • May:
  • 3

TƏQVİM / ARXİV