adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verilib - RƏSMİ

1004 | 2024-05-07 15:25

Bu günə qədər 600-dən çox sürücü taksi fəaliyyəti göstərmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək icazə əldə edib.

Bu barədə Adalet.az-a AYNA-dan bildirilib.

Qeyd edək ki, bu ilin aprel ayından AYNA taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayıb. "İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

TƏQVİM / ARXİV